Pezeşkian Trampı təkzib etdi: ABŞ-la danışıq aparmırıq! .....                        Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq: İzahat gözləyirik! .....                        Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI .....                        Tramp İrana verdiyi 48 saatlıq müddəti ARTIRDI .....                        Prezidentin müaşviri İslam ölkələrini tənqid etdi: Haradasınız?! .....                        Rza Pəhləvi Trampla Netanyahuya çağırış etdi: “Dayanmayın, vurun!” .....                        Parisə yeni mer seçildi .....                        Qalibaf öldürülüb? - Parlamentin spikeri haqda məlumat yayıldı .....                        “Biz təslim olmağı rüsvayçılıq sayırıq” - SEPAH rəsmisi .....                       
1-11-2024, 21:02
Bakı kəndlərindən şəhərə necə gələcəyik? - Dəqiq cavab


Bakı kəndlərindən şəhərə necə gələcəyik? - Dəqiq cavab

COP29 tədbiri zamanı Bakı şəhərinin daxilində bir sıra küçə və prospektlərdə istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub.
Bu barədə COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev danışıb.
Onun sözlərinə görə, mərkəzdən hava limanı istiqamətində hərəkət edənlər 8 Noyabr prospektindən və Zığ yolundan istifadə etməklə gedə biləcəklər.
Bundan başqa, Sabunçu-Zabrat istiqamətində yaşayanlar, Heydər Əliyev prospektindən əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçməklə, Koroğlu m/st yanından sağ zolaqla - Bəşir Bünyadov, Yavər Əliyev və Asəf Əsədullayev küçəsində “Komsomol” körpüsünün altından istifadə etməklə Sabunçu yoluna çıxa bilərlər.
Sabunçu rayonu istiqamətindən şəhərə gəlmək istəyənlər isə, Balaxanı yolu ilə Binəqədi rayonu ərazisini keçməklə oradan şimal istiqamətinə və paytaxtın mərkəzinə gələ bilərlər.
Mərdəkan istiqamətindən hava limanına getmək istəyən sürücülər isə, Şüvəlandan Qala-Hövsan yoluna çıxıb, daha sonra oradan Zığ yoluna keçib aeroporta gedə biləcəklər.
1-11-2024, 20:35
"Qarabağ"ın oyunu qolsuz başa çatdı


"Qarabağ"ın oyunu qolsuz başa çatdı

Misli Premyer Liqasının XII turunun açılış oyununda "Turan Tovuz" doğma meydanda "Qarabağ"la qarşılaşıb.
Tovuz şəhər stadionunda baş tutan görüşdə hesab açılmayıb.
Oyunda sonra Ağdam klubu 28 xalla turnir cədvəlinə başçılıq edir. Qərb təmsilçisi isə 25 xalla ikinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları noyabrın 2-3-də gerçəkləşəcək.
1-11-2024, 20:26
Sürücülərin nəzərinə: COP29 zamanı postlar qurulacaq


Sürücülərin nəzərinə: COP29 zamanı postlar qurulacaq

COP29 tədbiri zamanı Bakıda nəqliyyatın hərəkətinin optimal təşkili üçün bir sıra küçə və prospektlərdə istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub.
Bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.
Qurum rəhbəri bildirib ki, Şıxov istiqamətində, yəni, Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunacaq nəzarət postundan Bakı kənar-dairə yol istiqamətinə yönəldiləcək. Oradan Badamdar istiqamətinə gedənlər həmin istiqamətə, Yasamal, Şamaxinka kimi tanınan əraziyə daxil olmaq istəyənlər isə həmin əraziyə gedən istiqamətdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaq. Yəni, nəqliyyatın əsas hissəsi Biləcəri, avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.
Şamaxı-İsmayıllı istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Müşfiqabad-Xocahəsən yolunda təşkil olunacaq postlarda nisbətən azaldılmaqla Şamaxinkadan geriyədönmə və Ziya Bünyadov prospektinə fasilələrlə buraxılacaq.
Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyat Sumqayıtın girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq və avtomobillər fasilələrlə buraxılacaq.
Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.
Bütün bu qeyd olunanlar şəhərə daxil olmaq üçün nəzərdə tutulub.
1-11-2024, 20:11
10-dan çox marşrutun hərəkəti dayandırılır


10-dan çox marşrutun hərəkəti dayandırılır

COP29-un ilk 4 günündə 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq.
Bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri (AYNA) Anar Rzayev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə bildirib.
Onun sözlərinə görə, sabahdan hər bir marşrut dəyişikliyi ilə bağlı məlumatlar paylaşılacaq.
“Bu məlumatlarda marşrutlar üzrə hərəkəti dayandırılan avtobuslar və alternativ marşrutlar göstəriləcək. Bütün məlumatları birdəfəyə paylaşıb çaşqınlıq yaratmaq istəmirik. Buna görə, məlumatları hissə-hissə paylaşmağa üstünlük veririk”, - deyə AYNA sədri qeyd edib.
1-11-2024, 19:50
Şabranda faciə: azyaşlı həyatını itirdi


Şabranda faciə: azyaşlı həyatını itirdi

Şabran rayonunda bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq həyatını itirib.
Hadisə rayonun Padar kəndində baş verib.
Belə ki, 4 yaşlı İsmixanova Fatimə Mizəfər qızı əlində bıçaq olan zaman yerə yıxılıb. Bu zaman kəsici alət onun boğazını deşib.
Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
1-11-2024, 19:10
Taksilər COP29 zolaqlarına girə biləcək?


Taksilər COP29 zolaqlarına girə biləcək?

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarının rahat hərəkəti üçün çəkilən COP29 zolaqlarından xüsusi taksilər də istifadə edə biləcək.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, bu taksilər qırmızı rəngli, elektrik mühərrikli taksilərdir: "Vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən istifadə edə bilərlər. Lakin həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək".
1-11-2024, 18:09
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı


Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. Noyabrın 7-də keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında.

2. R.T.Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqında.

3. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş)

6. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

9. “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

14. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

16. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
1-11-2024, 18:01
Şahin Mustafayev Qriqoryanla görüşdü: razılıq əldə edildi


Şahin Mustafayev Qriqoryanla görüşdü: razılıq əldə edildi

2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib.
Yuxarıda qeyd olunan komissiyaların birgə fəaliyyəti haqqında 2024-cü il avqustun 30-da imzalanmış Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı Tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə etdilər.
Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, Tərəflər vurğuladılar ki, sözügedən Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir.
Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar.
Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər.
Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldilər.
Komissiyaların görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə etdilər.
1-11-2024, 17:40
COP29 zamanı bəzi yollarda məhdudiyyətlər olacaq


COP29 zamanı bəzi yollarda məhdudiyyətlər olacaq

COP29 tədbiri zamanı müəyyən yollarda məhdudiyyətlər tətbiq ediləcək. Bu yollarda hərəkətin təhlükəsiz və nizamlı təmin olunması üçün tədbirlər görüləcək.
Bu sözləri DİN-in Nəqliyyatı İnellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi, polis polkovniki Namidan Piriyev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə söyləyib.
Onun sözlərinə görə, vətəndaşların rahat hərəkət edə bilməsi üçün alternativ yollar təklif ediləcək.
“Həmin istiqamətlərə getməli olanlar isə zəruri hallarda, fəsilələrlə gedə biləcəklər. Məhdudiyyətlərin tətbiq olunduğu yollarda yol hərəkəti qaydalarına uyğun məlumatlandırma işarələri qoyulacaq və ətraflı məlumat rəsmi kanallar vasitəsilə paylaşıldığı üçün şəhərdə hərəkətin dayanıqlılığı qorunacaq. Beləliklə, tədbir dövründə həm yerli sakinlərin, həm də qonaqların rahatlığı maksimum dərəcədə təmin ediləcək”, - deyə Namidan Piriyev əlavə edib.
1-11-2024, 17:28
Aeroporta gələnlər yalnız avtobuslarla daşınacaq - RƏSMİ


Aeroporta gələnlər yalnız avtobuslarla daşınacaq - RƏSMİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi ilk 3 gündə xaricdən gələn qonaqlar, xüsusilə də yerli vətəndaşlar aeroportda fəaliyyət göstərəcək avtobuslardan istifadə edilməli olacaqlar.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, COP29 ilk günlərində hava limanına gələn qonaqlar və vətəndaşlar nəqliyyat vasitələrindən istifadə edərək şəhərə gələ bilməyəcəklər: "İlk 3 gündə nəqliyyat vasitələri aeroporta daxil ola biləcək və "Terminal 2"də vətəndaşları düşürə bilərlər, lakin oradan kimisə aparmaq mümkün olmayacaq. Həmin ərazilərdə fəaliyyət göstərəcək H1 və H2 avtobusları ilə vətəndaşlar ünvanlara gedə bilərlər. H1 üzrə marşrut hava limanı - "28 may" ərazisini, H2 üzrə marşrut isə hava limanı - "Əhmədli" metrosu stansiyasını əhatə edir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!