KTMT-nin baş katibi “qara siyahı”ya salındı .....                        Beydulla Manafov Baş Prokurorluğa çağırıldı .....                        Yunanıstandan Türkiyəyə hörmətsizlik .....                        Kiyevə hərbi yardımı dayandırın! .....                        Paşinyandan keçmiş liderlərə sərt sözlər .....                        Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu .....                        Azərbaycan millisi məğlub oldu .....                        Kipr məsələsi Türkiyənin milli prioritetidir - Ərdoğan .....                        Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı .....                       
14-06-2024, 14:12
Laçında 32 il sonra ilk "Son zəng" - FOTO


Laçında 32 il sonra ilk "Son zəng" - FOTO

Laçında 32 il sonra ilk "Son zəng" tədbiri keçirilib.
Butov.az Laçın şəhəri 2 nömrəli və Zabux kənd tam orta məktəblərindən görüntüləri təqdim edir:








14-06-2024, 13:38
Yeni qatarlar Bakı-Ağstafa marşrutu üzrə sərnişinlərin istifadəsinə verildi - FOTO


Yeni qatarlar Bakı-Ağstafa marşrutu üzrə sərnişinlərin istifadəsinə verildi - FOTO

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin müasir və komfortlu yeni “Stadler” qatarları Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verilib.
İlk dəfə olaraq sürətli qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq.



14-06-2024, 12:43
Sabah 37 dərəcə isti olacaq


Sabah 37 dərəcə isti olacaq

İyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 40-50 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-12° isti, gündüz 15-20° isti olacaq.
13-06-2024, 23:51
Bakıda lift qırıldı: Xəsarət alanlar var


Bakıda lift qırıldı: Xəsarət alanlar var

“Həsi Aslanov” metrostansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində liftin qırıldığı bildirilir.
Məlumata görə, hadisə zamanı xəsarət alanlar olub.
Qeyd edək ki, əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.
13-06-2024, 23:44
Magistraturaya ixtisas seçimi nə vaxt başlayacaq? - Rəsmi


Magistraturaya ixtisas seçimi nə vaxt başlayacaq? - Rəsmi

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına aprelin 28-də keçirilən qəbul imtahanının (II cəhd) yekun nəticələrini mayın 17-də elan edib.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.
Bəs ixtisas seçimi nə vaxt başlayacaq?
DİM-dən bildirilib ki, ixtisas seçimi iyunun 21-i başlayacaq.
Seçim prosesi iyunun 30-dək davam edəcək. Qurum proses barədə növbəti həftə ətraflı məlumat veriləcəyini qeyd edib.
Qeyd edək ki, ixtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir, həmin cədvəl “Magistr” jurnalında dərc edilib.
13-06-2024, 23:20
Ocaq qalamaq istədi, özünü yandırdı


Ocaq qalamaq istədi, özünü yandırdı

Şirvan şəhər sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.
Hadisə axşam saatlarında Şirvan şəhəri Neftçi küçəsi, 17 ünvanında baş verib. Gözəlov Cəfərqulu Ağacəfər oğlu həyətdə yandırdığı ocağa benzin əlavə edərkən güclənən alovun təsirinə məruz qalıb.
O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı xəstəxanalarından birinə təxliyə olunub.
13-06-2024, 22:17
SOCAR məşhur şirkətlə müqavilə imzaladı


SOCAR məşhur şirkətlə müqavilə imzaladı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Baker Hughes” şirkəti arasında Əməkdaşlıq Sazişi imzalanıb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Baker Hughes” şirkətinin prezidenti və baş icraçı direktoru Lorenzo Simonelli tərəfindən imzalanan sənədə əsasən, Azərbaycan ərazisində mərkəzdənqaçma elektrik dalma nasoslarının (MEDN) yığılması, təmiri və texniki servis işlərinin aparılması həyata keçiriləcək.
Saziş çərçivəsində SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilə “Baker Hughes Services İnternational” MMC arasında əldə olunan razılaşmaya əsasən, MEDN-lərin yığılması məqsədilə yeni mərkəz yaradılacaq. Hazırlıq işlərinin bir hissəsi olaraq, ilkin mərhələdə 50 MEDN dəstinin Azərbaycana çatdırılması razılaşdırılıb.
Tətbiq ediləcək innovativ yanaşma prosesləri sadələşdirməklə yanaşı, səmərəliliyi və məhsuldarlığı artıracaq. Yeni texnologiyadan istifadə nəticəsində keçmiş nəsil dalma nasoslarının yaratdığı çətinliklər, o cümlədən təmirlə bağlı hasilat fasilələrinin çoxalması və məhsuldarlığın azalmasının qarşısı alınacaq. İnnovativ yanaşma dalma nasoslarına müstəsna etibarlılıqla işləməyə imkan verərək, onların istismar müddətini dəfələrlə artıracaq.
Strateji əməkdaşlıqlar və tərəfdaşlarla aparılan təcrübə mübadilələri, həmçinin innovativ yanaşmaların, yeni texnologiyanı tətbiqi sayəsində SOCAR fəaliyyətini daha da təkmilləşdirməyi və daha yeni nailiyyətlər əldə etməyi hədəfləyir.
13-06-2024, 21:28
Ermənistan yenə Naxçıvanı atəşə tutdu


Ermənistan yenə Naxçıvanı atəşə tutdu

İyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
13-06-2024, 20:37
Qəbir daşlarını dağıdan şəxs tutuldu


Qəbir daşlarını dağıdan şəxs tutuldu

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirilən tədbirlərlə Pərviz Eldarovu saxlayıblar.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, o, həmkəndilərinə məxsus qəbir daşlarını dağıdaraq yararsız hala salıb.
Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.
13-06-2024, 18:58
Sumqayıtda ticarət mərkəzində meyit tapılıb


Sumqayıtda ticarət mərkəzində meyit tapılıb

Sumqayıtda ticarət mərkəzində kişi meyiti tapılıb
Hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən ticarət mərkəzlərinin birinin daxilində baş verib.
Araşdırma zamanı meyitin 1954-cü il təvəllüdlü Nazim Əvəz oğlu Baxşəliyevə aid olduğu məlum olub.
Fakt araşdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!