Ərdoğan Şimali Kipr Prezidentini qəbul etdi .....                        Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı .....                        Prezidentin köməkçisi icra başçısını kollektivə təqdim etdi .....                        Yollarda duman olacaq - Xəbərdarlıq .....                        Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi .....                        Qarabağda turizm - Agentlik görülən işləri AÇIQLADI .....                        Hərbi prokurorluqda yeni təyinat .....                        Prezidentin çıxışından sonra xüsusi komissiya yaradılıb .....                        Dünya çempionatının Azərbaycanda və Özbəkistanda təşkili tarixi nailiyyətdir .....                       
31-05-2024, 13:33
Sosial şəbəkələrdə oyuncaq tapança satanlar həbs edildi - VİDEO


Sosial şəbəkələrdə oyuncaq tapança satanlar həbs edildi - VİDEO

Sosial şəbəkələrdə oyuncaq metal tapança satmaq adı altında dələduzluq edən şəxs saxlanılıb.
Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı sosial şəbəkələrdə insanların etibarından sui-istifadə edərək onları aldadan 1991-ci il təvəllüdlü Behzad Səmədov saxlanılıb.
O, “Instagram” və “Facebook” sosial şəbəkələrində “VlP_Airsoft. az", “Tapanca_Airsoft-Avtomat” və “Straykball_44” adlı səhifələr yaradaraq oyuncaq metal tapançaların reklamı və satışı ilə məşğul olub. Daha sonra həmin tapançaları sifariş verən alıcılara kart nömrəsi göndərərək ödənişləri qəbul edib. Zərərçəkənlər pulu B.Səmədovun kartına göndərdikdən sonra o, səhifələri bağlayıb, telefon zənglərinə cavab verməyərək dələduzluq əməli törədib. Saxlanılan şəxs barəsində Səbail RPİ-də araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

31-05-2024, 13:29
Astarada sürüşmə aktivləşdi - 10 ev təhlükə altında


Astarada sürüşmə aktivləşdi - 10 ev təhlükə altında

Güclü yağışlar Astarada sürüşmə zonalarını aktivləşdirib.
Son zamanlar cənub bölgəsində normadan artıq yağışların yağması, Astarada müəyyən sürüşmə zonalarını aktivləşdirib. Rayonun Şiyəkəran kəndində, “Məscid məhəllə” deyilən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb. Sakinlərin sözlərinə görə, 3-5 metr cərgədə əkilən sitrus və digər meyvə ağaclar, torpaq sürüşməsi ilə birlikdə çaya tökülüb.
Onlar bildirir ki, əvvəllər sürüşmənin qarşısını almaq üçün çay ətrafında, yamaclarda ağaclar əkiblər. Lakin güclü sel həmin ağacları kökündən qoparıb, aparıb.
Artıq aidiyyəti orqanların nümayəndələri əraziyə baxış keçiriblər. Astara suvarma sistemləri idarəsinin baş mühəndisi Fərid Yusubov APA-ya bildirib ki, ötən il həmin ərazidə görülən işlər nəticəsində sürüşmənin qarşısını müəyyən qədər almaq olub. Yaxın günlərdə həmin istiqamətdə işlər davam etdiriləcək: “Sözügedən əraziyə Azərbaycan Su Ehtiyatları Agentliyinin və layihə institutunun nümayəndələri baxış keçirib. İlkin olaraq, şəkillər və koordinatlar götürülüb. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə sahil mühafizə bəndlərinin tikintisi həyata keçiriləcək. Ümumiyyətlə, 650 paqonametr sahil mühafizə bəndlərinin tikintisi planlaşdırılıb".
31-05-2024, 13:20
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi


Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatətə baxılıb.
Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.
Qərara əsasən, vəsatət təmin edilməyib.
Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.
31-05-2024, 12:55
Tütün məmulatları istehsal edənlər cərimələnəcək


Tütün məmulatları istehsal edənlər cərimələnəcək

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə cərimə müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, “Tütün və tütün məmulatları haqqında” qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə vəzifəli şəxslər 5000 manatdan 7000 manatadək, hüquqi şəxslər 10000 manatdan 12000 manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
31-05-2024, 12:36
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.
31-05-2024, 12:36
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.
31-05-2024, 01:43
Qlobal Təhsil Sammiti keçirilib


Qlobal Təhsil Sammiti keçirilib


Son zamanlar təhlükəsizliyi, fərqli arxitekturası, multikultural atmosferi ilə seçilən paytaxtımız bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. Belə tədbirlərdən biri də mayın 12-də keçirilmiş, intellektual-mədəni mübadilə və təhsil sahəsində qlobal əməkdaşlıq təşəbbüslərinin inkişafını nəzərdə tutan “Qlobal Təhsil Sammiti 2024”-dür.



Sammit təhsil liderlərini, müəllimləri bir araya gətirərək təhsilin trayektoriyasını formalaşdıracaq gələcək innovasiyaları ruhlandırmaq məqsədi daşıyır. Sammitdə əsas diqqət təhsil işçilərinin davamlı peşəkar inkişafının vacibliyinə, onların ən son tədris metodologiyaları, texnologiyaları və pedaqoji strategiyalarla təchiz olunmasının təmin edilməsinə yönəldilib. Tədbirdə fərdiləşdirilmiş öyrənmə təcrübələrindən tutmuş süni intellektin təhsildə transformativ tətbiqinə qədər çeşidli məsələlər müzakirə edilib, təhsil resurslarının, infrastrukturun və ümumi keyfiyyətin artırılması üçün hökumətlər, özəl sektor nümayəndələri və qeyri-kommersiya təşkilatları arasında əməkdaşlığın vacibliyi haqqında fikir mübadiləsi aparılıb.

Sammitdə "Alert Knowledge Services" şirkətinin baş direktoru Dr. Dinesh Kamra,
Avropa Azərbaycan məktəbinin direktoru Francesco Banchini, ITE (Təhsildə İnnovativ Texnologiyalar) üzrə təlimçi Arifə Rəsulova, AzETA-nın (Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyası) təsisçisi və prezidenti Rəqsanə Məmmədova, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, Abxaziya Muxtar Respublikası Ali Şurasının ictimaiyyətlə əlaqələr və informasiya texnologiyaları xidmətinin rəhbəri Nana Kvaratsxeliya öz fikirlərini iştirakçılarla bölüşüblər.



Panel müzakirə sessiyalarında Azərbaycan, Türkiyə, Gürcüstan və Hindistandan olan pedaqoqlar fəal iştirak ediblər. Əsas hissə bitdikdən sonra iştirakçılar üçün Azərbaycan musiqisi səsləndirilib, milli rəqs nümayiş etdirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
30-05-2024, 22:28
Əziz Səncər Azərbaycana gəldi


Əziz Səncər Azərbaycana gəldi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Əziz Səncər Azərbaycana səfərə gəlib.
Əziz Səncər səfərinin ilk günündə ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət edib.
30-05-2024, 19:21
"TikTok"da qadınların fotolarını paylaşan şəxs tutuldu


"TikTok"da qadınların fotolarını paylaşan şəxs tutuldu

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu "Tik-Tok" sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.
30-05-2024, 18:28
Ceyhun Bayramov Şahbaz Şəriflə görüşdü


Ceyhun Bayramov Şahbaz Şəriflə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər, Azərbaycanla Pakistan arasında mövcud strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıb.
Tərəflər, iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm və mədəniyyət, nəqliyyat, eləcə də müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tərəflər hökumətlərarası iqtisadi komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin önəminə diqqət çəkərək, ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə toxunublar.
Bununla yanaşı, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının bütün istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməsinin qarşılıqlı faydalı əməkdaşlığa xüsusi töhfə verməklə yanaşı, hər üç ölkənin regional və qlobal mövqelərinin möhkəmlənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.
Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən ikitərəfli və çoxtərəfli mövzular ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!