Ərdoğan Şimali Kipr Prezidentini qəbul etdi .....                        Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı .....                        Prezidentin köməkçisi icra başçısını kollektivə təqdim etdi .....                        Yollarda duman olacaq - Xəbərdarlıq .....                        Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi .....                        Qarabağda turizm - Agentlik görülən işləri AÇIQLADI .....                        Hərbi prokurorluqda yeni təyinat .....                        Prezidentin çıxışından sonra xüsusi komissiya yaradılıb .....                        Dünya çempionatının Azərbaycanda və Özbəkistanda təşkili tarixi nailiyyətdir .....                       
29-05-2024, 19:24
COP29-un Yaşıl Dünyaya töhfəsi


COP29-un Yaşıl Dünyaya töhfəsi

İqlim bir çox təbii amillərin nəticəsində əmələ gəlmişdir. İqlimi yaradan əsas amillərə Günəşdən Yer səthinə gələn istilik, Yer səthinin müxtəlifliyi və hava kütlələrinin xüsusiyyətləri aiddir. Yer səthində istiliyin paylanması Günəş şüalarının düşmə bucağından asılıdır. Tropik enliklərdə Günəş şüalarının düşmə bucağı böyük olduğuna görə Yer səthi daha çox istilik alır. Qütbyanı enliklərdə isə Yer səthi nisbətən az istilik alır. Buna görə də Yer səthinin iqlimi coğrafi enlikdən asılı olaraq dəyişir. İqlimin yaranmasında hava kütlələrinin, yəni troposferin özünəməxsus temperaturu və rütubəti ilə seçilən nəhəng hava hissələrinin rolu böyükdür.
Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişikliyinə qarşı mübarizə inkişafımız üçün prioritetdir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək istiqamətindədir. Bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edilir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycanın quruda və dənizdə mövcud olan külək enerjisi resursları dayanıqlı enerji istehsalı üçün əsas imkanlar yaradır. Ölkə yaşıl hidrogen sektoru ilə bağlı planlarını həyata keçirmək üçün fəal surətdə çalışır. Beynəlxalq investorlarla imzalanan əməkdaşlıq müqavilələri yaşıl hidrogen istehsalına töhfə verə bilər. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Qlobal istiləşmə səbəbi ilə ilk dəfə Berlində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı bu il ölkəmizdə təşkil olunacaq. COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Regional İnkişaf İctimai Birliyi (RİİB), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş və “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusunda təşkil olunmuşdur. Bu konfransın 2-ci günündə iştirak etdim. “Yaşıl transformasiya və iqlim maliyyələşdirməsi”, “Yaşıl iqtisadiyyata və texnologiyalara keçiddə özəl təşəbbüslərin rolu” mövzusunda müzakirələr oldu. Tullantıların yenidən emal olunması ağacların daha çox kəsilməsinin qarşısını alır. Meşələrin qorunması ekosistemlərin iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətini vurğulamaq və onların azalması təhlükəsi barədə xəbərdarlıq etmək üçün qlobal təşəbbüsdür. Meşələr mühüm ekoloji rol oynayır, iqlimi tənzimləyir. Gəlin, Tanrının bizə bəxş etdiyi ətraf mühitimizi, planetimizi qoruyaq və hər tərəfində daha parlaq, daha yaşıl həyata nail olmaq üçün birlikdə çalışaq!

Aytac Mübarizqızı (Babayeva)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Qiyabi və Əlavə Təhsil Mərkəzinin Ekologiya ixtisasının tələbəsi
29-05-2024, 19:19
Baş nazirdən maaşlarla bağlı QƏRAR


Baş nazirdən maaşlarla bağlı QƏRAR

Təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki məhdudiyyətlər aradan qaldırılıb.
Bu, Nazirlər Kabinetinin qərarı ilə Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikat-laşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr”də edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr “Dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)” şərtinə görə deyil “Tədris edilən dərs saatına görə (faizlə) şərtinə görə veriləcək. Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, dəyişiklik, bəzi hallarda bu əlavələrin verilməsində yaranan texniki xarakterli məhdudiyyətlərin aradan qaldırılması məqsədilə edilib.
29-05-2024, 18:20
Zakir Həsənov Gülerlə hərbi əməkdaşlıqdan danışdı


Zakir Həsənov Gülerlə hərbi əməkdaşlıqdan danışdı

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
29-05-2024, 17:17
Bu rayonlarda ağaclar qanunsuz kəsilib - Təbiətə 114 min manat ziyan dəyib


Bu rayonlarda ağaclar qanunsuz kəsilib - Təbiətə 114 min manat ziyan dəyib

Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Masallı və Ağdaş rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Qəbələ şəhəri, 28 May küçəsi 82 ünvanında “Fuel-Tradinq” yanacaq doldurma məntəqəsinin ərazisində Xəyyam Hacıyev, Quba rayonu Gədikqışlaq kəndi ərazisində, Vəlvələ bələdiyyəsininmülkiyyətində olan torpaq sahəsində Simon Nisanov, Xaçmaz rayonu Xaçmaz-Gülalan avtomobil yolunun sol tərəfində Vidadi Hüseynov, İsmayıllı şəhəri Nizami küçəsində Məzahir Şahvələdov, Masallı rayonu Təzəkənd kənd R.Nəbiyev adına tam orta məktəbin həyətində Fəxrəddin Babayev, Ağdaş rayonu, Heydər Əliyev prospektində Şahin Qəhrəmanov tərəfindən ağac və kolların qanunsuz kəsildiyi məlum olub. Nəticədə təbiətə 114 650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
29-05-2024, 17:13
Qarabağ Universitetinin fakültə dekanları - FOTO


Qarabağ Universitetinin fakültə dekanları - FOTO

Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) seçilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Belə ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə dekan Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə dekan Elmar Mustafayev, İncəsənət fakültəsinə isə dekan Türkər Qasımzadə təyin olunub.

Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova filologiya elmləri namizədidir. Kəklik Gözəlova Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində bakalavr və magistr təhsili alıb. ABŞ-nin Corc Vaşinqton Universitetində strateji layihə idarəetməsi üzrə magistratura təhsili alan Kəklik Gözəlova bir müddət Azərbaycan Dillər Universitetində baş müəllim, dosent işləyib. Müxtəlif illərdə Bakı Ali Neft Məktəbində İngilis dili və humanitar fənlər kafedrasının müdiri, Davamlı təhsil fakültəsinin dekanı işləyən Kəklik Gözəlova daha sonra Qərbi Kaspi Universitetində Filologiya və tərcümə fakültəsinin dekanı və prorektor olaraq fəaliyyətini davam etdirib. Bu günədək isə Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının müdiri vəzifəsində çalışıb.

Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev beynəlxalq münasibətlər tarixi üzrə fəlsəfə doktorudur. Elmar Mustafayev İtaliyanın Sapienza Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr təhsili alıb. O, 2016-cı ildə Xəzər Universitetində Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında akademik koordinator və müəllim, 2019–2021-ci illərdə isə Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri işləyib. Xəzər Universitetindəki fəaliyyəti dövründə nüfuzlu “Jean Monnet” layihəsinin qalibi və koordinatoru olub. 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində Akkreditasiya və lisenziya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Xəzər Universitetinin müəllimidir. Elmar Mustafayev İtaliya Siyasi Assosiasiyasının (SISP) Rusiya və postsovet məkanı üzrə daimi qrupunun üzvüdür.

İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə “Cadenza” orkestrinin bədii rəhbəridir. Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə bitirən Türkər Qasımzadə ABŞ-nin Manhetten Musiqi Məktəbində eyni ixtisas üzrə magistratura, Sinsinnati Universitetində isə doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektorun müşaviri olan Türkər Qasımzadə həm də Bakı Musiqi Akademiyasında müəllim işləyir. Türkər Qasımzadə ixtisası üzrə Küveytdə yerləşən Orta Şərqin Amerika Universiteti, Azərbaycan Dövlət Milli Konservatoriyası, ADA Universiteti, Sinsinnati Universitetində professor olaraq çalışıb. Türkər Qasımzadə həmçinin Moldovanın Musiqi, Teatr və Rəqs Akademiyası, ABŞ-nin Manhetten Musiqi Məktəbi, San-Fransisko Dövlət Universiteti və Norveçin Stavanger Universitetində ustad dərsləri keçib.
29-05-2024, 17:03
İki prokuror vəzifəsindən azad olundu


İki prokuror vəzifəsindən azad olundu

Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fikrət Mahmudovun və Baş Prokurorluğunun Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Kamran Əhmədovun qulluq keçmələrinə xitam verilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxslər qulluqda olmanın yaş həddi ilə əlaqədar qulluq keçmələrinə xitam verilib.
Bildirilib ki, Baş prokuror Kamran Əliyev prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.
29-05-2024, 16:45
Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb


Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.
Bu barədə türkiyəli diplomat "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Hikmət Hacıyevlə görüş həmişə olduğu kimi, səmimi şəraitdə keçdi. Qardaş Azərbaycanla müttəfiqlik əlaqələri və regiondakı vəziyyəti müzakirə etdik”, - paylaşımda qeyd edilib.
29-05-2024, 16:34
“Barselona”nın yeni baş məşqçisi bəlli oldu


“Barselona”nın yeni baş məşqçisi bəlli oldu

İspaniyanın “Barselona” komandasının yeni baş məşqçisi bəlli olub.
Bu vəzifəyə almaniyalı Hans-Diter Flik gətirilib. 59 yaşlı mütəxəssislə müqavilə 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.
O, bu postda ispaniyalı Xavi Ernandesi əvəzləyib.
Qeyd edək ki, Hans-Diter Flikin son iş yeri 2023-cü ilin sentyabrına qədər rəhbərlik etdiyi Almaniya millisi olub.
29-05-2024, 16:27
Azərbaycanla İran su bölgüsündə razılığa gəldi - FOTO


Azərbaycanla İran su bölgüsündə razılığa gəldi - FOTO

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 53-cü görüşü İranın Təbriz şəhərində keçirilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Agentliyin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.


29-05-2024, 16:23
XİN Başçısı Pakistana rəsmi səfərə getdi


XİN Başçısı Pakistana rəsmi səfərə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!