Cəmi 7 dəqiqə görüşdülər .....                        İlham Əliyev BMT çərçivəsində daha bir görüş keçirdi .....                        Ukrayna "İskəndər"i partlatdı .....                        Prezident Mitsotakis ilə görüşdü .....                        İtaliya Fələstini bu şərtlə tanıyacaq .....                        Azərbaycan və Keniya liderləri bir arada .....                        Tramp Bakı və İrəvan arasındakı sülhdən danışdı .....                        250 manat alıb kiməsə sənəd verməmişəm - MƏHKƏMƏ .....                        Baş katib Azərbaycanla Ermənistanı nümunə göstərdi .....                       
27-03-2024, 21:52
Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova


Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova

Azərbaycan tərəfi Ukraynaya silah tədarükü barədə məlumatı rəsmi şəkildə təkzib edib.
Bunu Azərbaycanın guya Ukraynaya silah tədarük etməsi ilə bağlı bu gün keçirilən brifinqdə sual verən erməni jurnalistə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova xatırladıb.
O qeyd edib ki, Ukraynaya potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq qurumları tərəfindən diqqətlə yoxlanılır və həmin ölkələrlə müzakirə olunur.
“Diqqətinizə çatdırım ki, Azərbaycan tərəfi sözügedən məlumatı rəsmən təkzib edib. Bir daha xatırladıram ki, biz həm də bu məsələ ilə bağlı sıx şəkildə əlaqə saxlayırıq”, -deyə Zaxarova bildirib.
27-03-2024, 21:16
Şəhid bacısı müdir vəzifəsinə təyin olundu


Şəhid bacısı müdir vəzifəsinə təyin olundu

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.
Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova müvafiq əmr imzalayıb.
Qeyd edək ki, “Tərəqqi” medallı Mehparə Murtuzəliyeva uzun illər şəhid qardaşının adını daşıdığı tam orta məktəbdə müəllim kimi çalışıb. 2022-ci ilin noyabr ayında isə Elm və Təhsil Nazirinin əmri ilə həmin məktəbə direktor təyin edilib.
27-03-2024, 14:20
Elçin Babayev BDU-nun rektoru təyin edildi


Elçin Babayev BDU-nun rektoru təyin edildi

Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Elçin Babayev “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq bu vəzifəyə gətirilib.
Qeyd edək ki, Elçin Babayev ilk dəfə 2019-cu ildən BDU-nun rektoru təyin edilmişdi.
27-03-2024, 14:14
Kütləvi məzarlıqda tapılanlardan yeddisi Xocalıda dəfn olunacaq


Kütləvi məzarlıqda tapılanlardan yeddisi Xocalıda dəfn olunacaq

Xocalıda kütləvi məzarlıqda tapılanlardan doqquz nəfərin DNT-si məlumdur.
Bunu jurnalistlərə açıqlamasında Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
“Onlardan yeddisi bu yaxınlarda Xocalıda dəfn olunacaq. Artıq orada Şəhidlər xiyabanı salınır”, - deyə icra başçısı əlavə edib.
Xatırladaq ki, Xocalıda kütləvi məzarlıqda 18 nəfərin qalıqları aşkar edilib. Onlardan 9-nun adları məlum olub. Həmin şəxslər aşağıdakılardır:

(Xocalı rayon sakinləri)
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il
4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935
6. Nəcəfov Şiraslan Məmiş oğlu - 1952-ci il təvəllüdlü

(Xankəndi şəhər sakinləri)
6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il
7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.
27-03-2024, 14:01
BMU-ya yeni prorektor təyin olundu


BMU-ya yeni prorektor təyin olundu

Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
BMU-nun rektoru Yaqub Piriyev yeni prorektoru kollektivə təqdim edib. Rektor BMU-nun beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrinin səmərəli şəkildə təşkili və genişləndirilməsi ilə bağlı vacib məqamlara toxunub, qoyulan hədəflərin həyata keçirilməsi ilə əlaqədar yeni prorektorun üzərinə düşən vəzifələri vurğulayıb.
Öz növbəsində Ətrabə Gül ona göstərilən yüksək etimadı doğruldacağını, universitetin beynəlxalq sahədə inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Qeyd edək ki, Ətrabə Gül uzun illər təhsil sahəsində çalışıb. Azərbaycan Dillər Universitetinin (ADU) bakalavr və magistr səviyyələrini fərqlənmə diplomu ilə bitirib. Müxtəlif illərdə ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb, kafedraya rəhbərlik edib. İngiltərənin ən nüfuzlu dövlət universitetlərindən olan Essex Universitetində dəfələrlə araşdırmalar aparıb, elmi əməkdaşlıqlar edib, intensiv təlimlər keçib. İtaliyanın ən nüfuzlu və tanınmış La Sapenza universitetində xarici auditoriya qarşısında mühazirə oxuyub. 50-dən çox elmi məqalə, dərslik, dərs vəsaiti, fənn proqramlarının müəllifidir. Ondan artıq elmi məqaləsi “Web of Science”/ “Scopus”, Copernikus kimi beynəlxalq bazalara daxil olan nüfuzlu jurnallarda dərc olunub. Filologiya üzrə fəlsəfə doktorudur. Bir çox beynəlxalq konfrans, qurultay və simpoziumlarda məqalə və tezislərlə çıxış edib.
2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb. Universitet Qadınlar Şurasının sədridir.
Elm və təhsilin inkişafındakı səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Ailəlidir, 2 övladı var.
27-03-2024, 13:11
Xocalı rayonuna ilk köçün tarixi açıqlandı


Xocalı rayonuna ilk köçün tarixi açıqlandı

Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
O bildirib ki, Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir:
“Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Xocalı rayonu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunmuşdu. Həmin gecə erməni quldurları Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədiblər.
Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində Xocalı işğaldan azad olunub.
27-03-2024, 12:18
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
27-03-2024, 12:15
Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək


Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Bu barədə İstanbul meri Əkrəm İmamoğlu mətbuat konfransında bildirib.
O, Avropa Olimpiya Komitəsinin yarışı məhz bu şəhərə verdiyini açıqlayıb.
Qeyd edək ki, Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda təşkil olunub. Turnir 2019-cu ildə Belarusun paytaxtı Minskdə, ötən il isə Polşanın Krakov şəhərində gerçəkləşib.
27-03-2024, 11:59
Xankəndidə təhlükəsizlik tədbirləri görülür - VİDEO


Xankəndidə təhlükəsizlik tədbirləri görülür - VİDEO

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Bu barədə DİN-dən bildirilib. Qeyd olunub ki, bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Tədbirlərlə 16-26 mart tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 64 ədəd müxtəlif markalı avtomat silahı, 7 pulemyot, 21 tüfəng, 8 tapança, 78 qumbara, 1 saatlı bomba, 1 qumbaraatan, 46 alışdırıcı, 361 patron darağı, 33.742 ədəd müxtəlif çaplı patron, 6160 ədəd mərmi, 9 ədəd süngü-bıçaq və digər sursatlar aşkarlanıb.
Bundan başqa, Novruz bayramı günlərində işğaldan azad olunmuş ərazilərə icazəsi olan şəxslərin sərbəst keçidi təmin edilib. Bölgədə hərəkətinə icazə verilən şəxslərlə bağlı hər hansı hüquqazidd hal baş verməyib.


27-03-2024, 11:53
Qala qəsəbəsində sənədsiz tikililər söküldü - VİDEO


Qala qəsəbəsində sənədsiz tikililər söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu çərçivədə, Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!