Tramp Bakı və İrəvan arasındakı sülhdən danışdı .....                        250 manat alıb kiməsə sənəd verməmişəm - MƏHKƏMƏ .....                        Baş katib Azərbaycanla Ermənistanı nümunə göstərdi .....                        Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır .....                        Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutda - VİDEO .....                        Mingəçevirdə maşın 13 yaşlı yeniyetməni vurdu .....                        Adnan Əhmədzadənin vəkili ilə bağlı rəsmi AÇIQLAMA .....                        209 taksi sürücüsü imtahandan kəsildi .....                        Prezident və Birinci xanım BMT-nin mənzil qərargahına gəldilər .....                       
15-03-2024, 17:33
Gürcü dilini öyrənən azərbaycandilli və ermənidilli tələbələrlə bağlı yenilik


Gürcü dilini öyrənən azərbaycandilli və ermənidilli tələbələrlə bağlı yenilik

Gürcüstanda gürcü dilini öyrənən azərbaycandilli və ermənidilli tələbələr üçün maliyyələşdirmə proqramını genişləndirilib.
Bu barədə Gürcüstanın Elm və Təhsil Nazirliyi məlumat yayıb.
2024-2025-ci tədris ilindən Gürcüstan vətəndaşı olan 400 tələbə maliyyələşdiriləcək: 200 ermənidilli və 200 azərbaycandilli tələbə.
Proqramın iştirakçıları bir il ərzində Gürcüstanın dövlət universitetlərində gürcü dilini öyrənəcəklər. Gürcüstanda hazırlıq kursunu və bakalavr təhsilini dövlət maliyyələşdirəcək.
15-03-2024, 17:29
Azərbaycan artıq Cənubi Qafqazın yeni parlayan ulduzudur - Hakan Fidan


Azərbaycan artıq Cənubi Qafqazın yeni parlayan ulduzudur - Hakan Fidan

Azərbaycan artıq Cənubi Qafqazın yeni parlayan ulduzudur. Azərbaycanın iqtisadi cəhətdən inkişafı onu göstərir ki, o, bölgənin ən güclü ölkəsinə çevrilib. Azərbaycan, eyni zamanda, regional diplomatiyanın və bir sıra layihələrin qovşağına çevrilib.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Bakı Qlobal Forumda çıxışında bildirib.
Türkiyə XİN-in başçısı Azərbaycanla enerji və iqtisadi sahələrdə bir sıra layihələrə imza atıldığını qeyd edib.
“Mən ötən il Şuşaya səfər etdim. Bu il də COP29 Bakıda keçiriləcək. Artıq 11-ci dəfədir ki, Qlobal Bakı Forumu təşkil edilir. Azərbaycan çoxsaylı tədbirlərə ev sahibliyi edib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynamaqdadır”, - deyə H. Fidan əlavə edib.
15-03-2024, 17:06
Milli Məclis Nazirlər Kabinetinin illik hesabatını qəbul etdi


Milli Məclis Nazirlər Kabinetinin illik hesabatını qəbul etdi

Milli Məclis Nazirlər Kabinetinin 2023-cü il üçün illik hesabatını qəbul edib.
Bununla bağlı məsələ parlamentin martın 15-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Nazirlər Kabinetinin ötən il üçün illik hesabatı müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.
15-03-2024, 16:56
Əli Əsədov bu məsələylə bağlı danışdı: “..dövran dəyişib”


Əli Əsədov bu məsələylə bağlı danışdı: “..dövran dəyişib”

Mən kitaba, kitabxanaya qarşı deyiləm, amma dövran dəyişib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
“Bu gün deputatlar tərəfindən mədəniyyət ocaqlarının, kitabxanaların olmaması ilə əlaqədar məlumatlar alırıq. Amma bildirim ki, dövran dəyişib. Bu gün biz başqa vasitələrdən istifadə edə bilirik”, - deyə Baş nazir bildirib.
15-03-2024, 16:45
Azərbaycan və Ermənistan sülh müqaviləsinə çox yaxındır


Azərbaycan və Ermənistan sülh müqaviləsinə çox yaxındır

Azərbaycan və Ermənistan sülh müqaviləsinə çox yaxındır.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ATƏT-in keçmiş Minsk Qrupu Azərbaycanı 30 il danışıqlara sövq edib: "Əslində, daha çox məsələnin uzanmasına çalışıb. Azərbaycan İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində öz torpaqlarını işğaldan azad etdi. Bundan sonra 3+2 formatı gündəmə gəldi. Altılıq platforması ilə bağlı Gürcüstana təklif hələ ki açıq qalır.
15-03-2024, 16:41
Quru sərhədlərin bağlı qalması ilə bağlı qərara imza atdıq - Baş nazir


Quru sərhədlərin bağlı qalması ilə bağlı qərara imza atdıq - Baş nazir

“ÜDM-nin aşağı olmasını quru sərhədlərin bağlanması ilə əlaqələndirmək olmaz",
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.
“Bizim quru sərhədlərin bağlanması ilə qərarı mən 2021-ci ildə imzalamışam. Bu yaxınlarda da üç aylıq bağlı qalması ilə bağlı qərara imza atdıq. Sərhədlərimiz bu müddətdə bağlı qalacaq. 2021-ci ildən biz ÜDM-nin yüksək faizlərini müşahidə etmişik”,- deyə Baş nazir qeyd edib.
Xatırladaq ki, parlamentin iclasında deputat Qüdrət Həsənquliyev quru sərhədlərinin bağlı qalmasından narahatlıq ifadə edib.
"2023-cü ildə ölkə sərhədləri heç bir səbəb olmadan qanunsuz olaraq bağlı saxlanılıb. Ötən il ÜDM-nin həcmində 1,1 % artım olub, Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə dünya üzrə bu 3,1 olub. Adambaşına düşən ÜDM-nin həcmi 0,5 % artıb bu da Avropa ölkələrindən 8-10 dəfə azdır. Əgər ciddi islahatlara getməsək, imtiyazlardan imtina etməsək, iqtisadiyyata hökumətin nəzarətinə son qoyulmasa bu artım tempi ilə Avropa yaşam standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq”, - o qeyd edib.
15-03-2024, 16:37
Azərbaycan və Türkiyənin XİN Başçıları görüşdü


Azərbaycan və Türkiyənin XİN Başçıları görüşdü

15 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər arasında keçirilən təkbətək görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov qardaşlıq və dostluğa əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında müşahidə olunan dinamikanın, xüsusilə müttəfiqlik əlaqələrimizi təsbit edən Şuşa Bəyannaməsinin imzalanması ilə yeni müstəviyə qədəm qoyan əlaqələrimizin məmnunluq doğurduğunu qeyd edib. İkitərəfli müttəfiqlik münasibətlərinin regional, habelə beynəlxalq platformalar çərçivəsində özünü nümayiş etdirdiyi, qarşılıqlı dəstək və həmrəyliyimizi möhkəmləndirdiyi diqqətə çatdırılıb.
Qarşı tərəf cari regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, qarşıda duran çağırışlar barədə ətraflı məlumatlandırılıb. Ölkəmizin mövcud çətinlik və çağırışlara baxmayaraq sülh prosesinin irəlilədilməsində qərarlı olduğu, münasibətlərin normallaşmasının öz növbəsində regional sülh və təhlükəsizliyə töhfə verəcəyinə dair inamlı olduğumuz diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov həmçinin cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlərdən bəhs edərək, COP29-un əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.
Nazir Hakan Fidan yüksək qonaqpərvərliyə, habelə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilatçılığına görə həmkarına təşəkkür edib, görüş çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin regional əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Ölkəmizə COP29-a sədrliyi dövründə uğurlar arzu edən nazir Hakan Fidan, Türkiyənin COP29 çərçivəsində də hər zaman olduğu kimi qardaş Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq duyacağını vurğulayıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
15-03-2024, 16:17
Hikmət Hacıyev Hakan Fidanla görüşdü


Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd edək ki, Hakan Fidan Bakıda səfərdədir.
15-03-2024, 16:10
“Qarabağ”dan ayrılmaq istəmirəm - Qurban Qurbanov


“Qarabağ”dan ayrılmaq istəmirəm - Qurban Qurbanov

“Qarabağ”dan ayrılmaq istəmirəm.
Bunu "Qarabağ" FK-nın baş məşqçisi Qurban Qurbanov həm özünə, həm də futbolçularına Avropa klublarının maraq göstərməsinə münasibət bildirərkən deyib.
“Açığı, hazırda komandamı dəyişmək barədə fikirləşmirəm. Mənim özümə yox, Azərbaycana marağın olmasına sevinirəm. Bu komanda haqqında danışılırsa, oyunçularına diqqət ayrılırsa, deməli, onların harada, hansı çempionatda oynamaları ilə maraqlanırlar. Mən özüm “Qarabağ”a çox bağlıyam, sadiqəm. O ki qaldı futbolçulara, həmişə uğur qazanan heyəti qoruyub saxlamaq istəmişik. Təəssüf ki, bəzən alınmayıb. Bunun da faydası olub. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bunun bizə gələcəkdə ancaq xeyri dəyəcək. Bizdən asılı olan hər şeyi etmişik”, - deyə Qurban Qurbanov qeyd edib.
15-03-2024, 15:34
XİN Başçıları bir sıra məsələləri müzakirə etdilər


XİN Başçıları bir sıra məsələləri müzakirə etdilər

Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda 9-cu üçtərəfli görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Azərbaycan XİN başçısı Ceyhun Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlıq beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə əsaslanır.
"Bu istiqamətdə 3 ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub. Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı, su resurslarının səmərəli idarəçiliyi, yüksək texnologiyalar, turizm, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu bildirilib. Bölgənin alternativ enerji, habelə nəqliyyat-kommunikasiya potensialını nəzərə alaraq, Xəzər və Qara dəniz hövzələrini birləşdirən uğurlu enerji layihələrinin bağlantılar və yaşıl enerji sahələrində təşəbbüslərlə davam etdirilməsinin vacibliyi vurğulanıb",-məlumatda qeyd olunub.
Həmçinin diqqətə çatdırılıb ki, C.Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflı məlumat verib.
Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması, habelə bütün ərazilərimizdə suverenliyimizin tam bərpasından sonra bölgədə sülh üçün tarixi imkanın yarandığını diqqətə çatdıran XİN başçısı bu istiqamətdə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanı revanşist ritorikaya təşviq edən addımlardan çəkinilməsinin, habelə normallaşma prosesi çərçivəsində birbaşa ikitərəfli danışıqların dəstəkləməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə 3 ölkə arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, regional əməkdaşlığın perspektivləri və digər ikitərəfli və çoxtərəfli məsələlər müzakirə olunub. Sonda üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb, habelə təşkil olunmuş mətbuat konfransı çərçivəsində nazirlər bəyanatlarla çıxış ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!