Xəzər dənizində zəlzələ .....                        Azərbaycanda gecə ilə gündüz bərabərləşdi .....                        İlham Əliyev ABŞ-də səfərdədir .....                        Qaraxanbəyli kəndinin layihəsi: detallar açıqlandı .....                        Ərdoğan-Tramp görüşü: Rusiya və Çin diqqətlə izləyir .....                        Moskvada nə baş verir? .....                        Paşinyan və Mirzoyan Bakıda dindirilsin! .....                        Bakının məşhur bazarında söküntü işləri başladı - GÖRÜNTÜLƏR .....                        Suriya liderindən vacib mesaj .....                       
13-03-2024, 12:54
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Martın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.
12-03-2024, 23:47
Mərkəzə Qazaxıstan istehsalı olan avtobus hədiyyə edildi - FOTO


Mərkəzə Qazaxıstan istehsalı olan avtobus hədiyyə edildi - FOTO

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Mərkəzə Qazaxıstan istehsalı olan avtobus hədiyyə edilib.
Avtobusun üzərinə “Qazaxıstan xalqından Azərbaycan balalarına hədiyyə” yazılıb.


12-03-2024, 20:35
Ağalıda Yel çərşənbəsinin tonqalı alovlandırıldı


[b]Ağalıda Yel çərşənbəsinin tonqalı alovlandırıldı[/b]

İşğaldan azad olunan Zəngilanda həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Ağalı sakinləri artıq bayramları öz doğma kəndində qarşılayır. Bu gün isə sakinlər Ağalıda Yel çərşənbəsinin tonqalını alovlandırıb.
Ağalı kəndində Yel çərşənbəsi də yaddaqalan keçib. Yel çərşənbəsində keçəl və kosa uşaqlara əyləncəli anlar yaşadıb, öz boxçalarından onlara şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hədiyyə ediblər. Həmçinin yumurta döyüşdürüb, digər oyunlar oynayıblar.
Kəndin mərkəzində Yel çərşənbəsinin tonqalı alovlandırılıb, yallı və şən musiqi sədaları altında rəqslər olub.
Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Ağalıda 175 ailə olmaqla, 871 nəfərin məskunlaşması təmin olunub.
12-03-2024, 18:05
“28 May”dakı məhdudlaşdırma ilə bağlı DİN-dən açıqlama


“28 May”dakı məhdudlaşdırma ilə bağlı DİN-dən açıqlama

“28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən birgə həyata keçirilir.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Məqsəd sürücüləri cərimələmək yox, ərazini piyadaların hərəkəti üçün daha əlverişli zonaya çevirmək və təhlükəsizlik mühitini formalaşdırmaqdır", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gündən metronun "28 May" stansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunub. Şəxsi avtomobillər sözügedən əraziyə buraxılmır. Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri də fəaliyyətini dayandırır.
12-03-2024, 17:36
Gürcüstanın Baş naziri Ramil Usubovla görüşdü


Gürcüstanın Baş
naziri Ramil Usubovla görüşdü


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşüb.
Bu barədə Gürcüstan Hökumət Dəftərxanasından məlumat verilib.
Bildirilib ki, görüşdə tərəflər Gürcüstan ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Söhbət zamanı regionda sabitliyin və uzunmüddətli sülhün vacibliyi vurğulanıb.
Eyni zamanda, ölkələrimiz arasında möhkəm strateji tərəfdaşlıq və regional layihələr diqqət mərkəzində olub.
İrakli Kobaxidze Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edib. Bundan əlavə, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünə güclü dəstəyi qeyd edilib.
12-03-2024, 17:24
Bu, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq


Bu, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq

Bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşü zamanı deyib.
Hər bir belə layihənin Azərbaycan xalqının qəlbini riqqətə gətirdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Çünki 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə - öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan edilmiş Qarabağı gördülər, əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda, sevinc hissləri bir-birinə qarışmışdı”.
12-03-2024, 17:14
Seldən yararsız vəziyyətə düşən evlər yenidən tikilir


Seldən yararsız vəziyyətə düşən evlər yenidən tikilir

Goranboyda sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən əsaslı işlər davam etdirilir.
Bu məqsədlə, hazırda Aşağı Ağcakənd qəsəbəsində sel nəticəsində yararsız vəziyyətə düşmüş Həsənova Minayə Babaxan qızı və Huseynli Yeganə Allahverən qızına məxsus 2 fərdi yaşayış evləri yenidən inşa edilir.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, aparılan işlərlə yerində tanış oldu, sakinlərlə görüşdü, onların sosial qayğıları ilə maraqlandı. İcra Başçısı aparılan işlərin keyfiyyətlə və müvafiq tikinti normalarına uyğun həyata keçirilməsi, gələcəkdə fərdi yaşayış evlərinin elektrik enerjisi, təbii qaz, su, rabitə və digər kommunal xəttləri ilə təmin olunması ilə bağlı göstəriş və tövsiyyələrini bildirdi.
12-03-2024, 17:01
Məktəblərlə bağlı saxta məlumat yayan şagird istintaqa cəlb olundu - DTX


Məktəblərlə bağlı saxta məlumat yayan şagird istintaqa cəlb olundu - DTX

Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olmuşdur.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur.
Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapmış, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.
Həmçinin eyniadlı “Telegram” səhifəsində yerləşdirilmiş, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin 12.03.2024-cü il tarixində çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilmiş, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilmişdir.
Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk.
12-03-2024, 16:57
Nazirlərin üçtərəfli görüşü keçiriləcək - XİN


Nazirlərin üçtərəfli görüşü keçiriləcək - XİN

15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.
Bu barədə XİN-dən bildirilib.
Qeyd edilib ki, üçtərəfli görüş çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
12-03-2024, 16:45
Azərbaycan Avropa çempionatına ev sahibliyi edəcək


Azərbaycan Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına (CEV EuroVolley Women) ev sahibliyi edəcək.
Ölkəmiz Gürcüstanla birgə keçirdiyi AVRO-2017-dən 9 il sonra yenidən bu hüquqa sahib çıxıb.
Azərbaycan 4 qrupdan birinə ev sahibliyi edəcək. Qarşılaşmalar 2017-ci ildə olduğu kimi yenə Milli Gimnastika Arenasında təşkil olunacaq.
Xatırladaq ki, Serbiyanın çempion olduğu həmin yarışda Azərbaycan Avropanın ən güclü dörd komandasından biri olub.
2026-cı il yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan altısı məhz Bakıda mübarizə aparacaq. Azərbaycanla yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!