Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
14-09-2024, 18:17
Hərbiçimiz həlak oldu


Hərbiçimiz həlak oldu

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə hərbi prokurorun böyük köməkçisi — Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
«Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq», — məlumatda deyilir.
14-09-2024, 18:00
Bakı ən sevdiyim traslardan biridir - Lekler


Bakı ən sevdiyim traslardan biridir - Lekler

"Bakı ən sevdiyim traslardan biridir".
Bunu "Ferrari" pilotu Şarl Lekler Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi olması ilə bağlı danışarkən deyib.
Sürücü birinci sərbəst yürüşdə qəza törətdiyini xatırladıb:
"Həftəsonu asan başlamadı. Amma mən özümə inanmağa davam etdim. Tempimizin yaxşı olduğunu bilirdim. Sıralama turunda ilk işim səddə toxunmamaq oldu. Bolid də əla idi".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
14-09-2024, 17:11
Şarl Lekler ardıcıl dördüncü dəfə lider oldu - "Formula 1"


Şarl Lekler ardıcıl dördüncü dəfə lider oldu - "Formula 1"

"Ferrari" pilotu Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda keçirilən Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vurub.
26 yaşlı sürücü üçüncü sessiyada yenidən lider olub.
"McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq. Ş. Lekler 2021, 2022 və 2023-cü illərdə də Bakıdakı sıralama turunda da ilk mövqedə qərarlaşıb.
14-09-2024, 15:20
Bakıda sprint yarışının qalibləri müəyyənləşdi


Bakıda sprint yarışının qalibləri müəyyənləşdi

Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran-Prisi çərçivəsində "Formula 2" pilotlarının sprint yürüşünün qalibləri məlum olub.
Birinciliyi "AİX race" komandasının pilotu Joşua Durksen qazanıb.
İkinci "Dams Lucas Oil" komandasının pilotu Jak Crawford, 3-cü isə "Prama racing" komandasının pilotu Gabriela Mini olub.
14-09-2024, 15:05
Polad Bülbüloğluna Ermitaj Mükafatı verildi


Polad Bülbüloğluna Ermitaj Mükafatı verildi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub.
Mükafatlandırma mərasimi bu gün Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində baş tutub.
P.Bülbüloğluna mükafatı Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova təqdim edib.
Bununla yanaşı, Rusiyanın xalq artisti, baletmeyster Boris Eyfman da bu mükafata layiq görülüb.
Qeyd edək ki, Ermitaj Mükafatı forumun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib.
Hər il Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə Ermitaj Mükafatının verilməsi planlaşdırılır.
14-09-2024, 14:36
Baş nazir Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşdü


Baş nazir Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşdü

Sentyabrın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və birgə səyləri ilə dövlətlərarası münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı vurğulanıb.
İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib. Bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilməsinin vacibliyi vurğulanıb. Bu baxımdan ötən ilin oktyabr ayında Şuşada Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis edilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov görüşdə iştirak edib.
14-09-2024, 14:15
Bakıda sprint yarışı başladı - "Formula 2"


Bakıda sprint yarışı başladı - "Formula 2"

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.
Mübarizəyə saat 14:15-də start verilib.
Ötən gün "Formula 2"də sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda "Trident" komandasından Rixard Versxor birinci olublar.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
14-09-2024, 14:13
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.
14-09-2024, 14:03
Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib


Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.
Mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
13-09-2024, 20:53
Serdar Kılıç Bakıya gəldi - Sülh müzakirə edildi


Serdar Kılıç Bakıya gəldi - Sülh müzakirə edildi

Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıçla görüşüb.
XİN-dən bildirilib ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi, bölgədə postmünaqişə dövründə vəziyyət, Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!