Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                       
Tarix : 8-01-2026, 18:01
"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ


"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ

Artan respirator infeksiya və qrip epidemiyaları fonunda yetərli sayda çarpayı ehtiyatı var.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəstəliyə yoluxan şəxslərin ilkin səhiyyə xidməti həkimlərin müşahidəsi altında olur və müalicələrini evdə davam etdirirlər. Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlərin hospitalizasiyası üçün TƏBİB tabeliyində olan tibb müəssisələrinin Yoluxucu xəstəliklər şöbələri fəaliyyət göstərir və yetərli sayda çarpayı ehtiyatı mövcuddur.
"Virusun simptomlarına hərarət, burun axıntısı və tutulması, boğaz ağrısı, öskürək, halsızlıq, baş ağrısı, bəzən isə ürəkbulanma, qusma aiddir. Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, oksigen saturasiyasının, arterial təyziqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə, mütləq həkimə müraciət olunmalıdır", - məlumatda qeyd olunub.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!