8-08-2022, 21:44
Meymunçiçəyi bu ölkəyə də çatdıMoldovada meymunçiçəyi virusuna ilk yoluxma halı aşkarlanıb.
Butov.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Qeyd edək ki, Avropada 30-dan çox ölkədə 15 minə yaxın şəxs meymunçiçəyinə yoluxub.
7-08-2022, 19:52
Son sutkada yüzlərlə vaksin vurulduAzərbaycanda son sutkada koronavirus əleyhinə 1424 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 934, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 196 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 829 027, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 862, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 345 731, pozitiv nəticədən sonra buster doza olunanların sayı 255 918 təşkil edir.
7-08-2022, 19:48
Aktiv xəstə sayı artır - Yoluxanların statistikasıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 469 yeni yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 801 939 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9760 nəfər vəfat edib, aktiv xəstə sayı 3145 nəfərdir. Son sutka ərzində 3603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.
5-08-2022, 20:50
Son sutkada vurulan vaksin sayı açıqlandıAzərbaycanda son gündə koronavirus əleyhinə 1 723 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 268, ikinci doza vaksinlərin sayı 127 təşkil edib. Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 095 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanlar isə 233 nəfər olub. Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 825 764 təşkil edir.
5-08-2022, 20:47
Yoluxanların sayı 500-ü keçdi - Ölən yoxdurAzərbaycanda koronavirusa 540 yeni yoluxma qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan ölən yoxdur. Ölkədə indiyədək 801 018 nəfər koronavirusa yoluxub. Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 3 054 nəfərdir. Ölkədə son sutka ərzində 3 485, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.
4-08-2022, 17:09
Vurulan vaksinlərin ümumi sayı 14 milyona çatırAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1962 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 295, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 248, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1200, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 219 nəfərdir. Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 824 041, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 367 712, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 491, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 342 589, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 249 nəfər təşkil edir.