Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 24-07-2019, 12:06
Əbülfəs Qarayev Qırğızıstan nümayəndə heyəti ilə görüşüb
İyulun 24-də Mədəniyyət naziri Əbülfəs Qarayev Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Butov.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan nazir Azərbaycanla Qırğızıstan arasındakı mədəni əlaqələrdən söz açıb. Ölkəmizdə mədəniyyətə və ədəbiyyata dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Əbülfəs Qarayev bu dəstəyin yaradıcı insanlara böyük stimul verdiyini qeyd edib. Bildirib ki, dövlətin dəstəyi ilə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri ölkəmizdə və xaricdə nəşr olunaraq təbliğ edilir.
Nazir vurğulayıb ki, Azərbaycanda təşkil edilən beynəlxalq kitab sərgiləri, xarici yazıçıların əsərlərinin tərcüməsi, eləcə də TÜRKSOY-la birgə bu istiqamətdə həyata keçirilən layihələr türkdilli xalqların ümumi ədəbi inkişafına töhfələr verir.
Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov öz növbəsində səmimi qəbula görə təşəkkür edərək bildirib ki, Azərbaycanda olduqları müddətdə mədəniyyətimizlə yaxından tanışlıq olmaq imkanı qazanıblar. Xalqımızın milli mədəni irsinə bağlılığı onları heyran edib.
Qonaq təmsil etdiyi ququmla Azərbaycan Yazıçılar Birliyi arasında əlaqələrin inkişafından danışaraq deyib ki, yaxın günlərdə iki yaradıcı ittifaq arasında memorandumun imzalanması nəzərdə tutulub. Dillərimizin və mədəniyyətlərimizin yaxınlığından danışan Nurlan Kalıbekov ölkəmizə səfərinin məhsuldar keçdiyini diqqətə çatdırıb. Bildirib ki, iyulun 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan-qırğız ədəbi əlaqələri dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil edilib və tədbirdə “Gənc qırğız şeiri antologiyası” təqdim olunub.
Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri vurğulayıb ki, eyni kökdən olan xalqlar daha sıx əməkdaşlıq etməli, qloballaşma dövründə bir-birini daha çox dəstəkləməlidirlər.
Görüşdə Manas Universitetinin əməkdaşı, Dünya Gənc Türk Yazarlar Birliyinin qırğız təmsilçisi Altınbek İsmail, “Manas” radiosu mədəniyyət proqramının redaktoru, şair Jıldızbek Tursunbayev, şair-tərcüməçilər Nuriza Ömürbayeva, Narsulu Qurqubayeva, Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı iştirak ediblər.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!