Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                        Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub .....                       
Tarix : 26-09-2019, 09:47
Elmar Məmmədyarov beynəlxalq təşkilatlara çağırış etdi
"Əməkdaşlığın və əlaqələndirmənin inkişaf etdirilməsi və üzv dövlətlərin beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə imkanlarının gücləndirilməsi üçün Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq, regional və sub-regional təşkilatlar tərəfindən əhəmiyyətli səylər göstərildiyini təqdir edirik".
Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında deyib.
"Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü kimi Azərbaycan Respublikası, dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq bu çoxtərəfli platforma çərçivəsində əməkdaşlığın davam etdirilməsində və ikitərəfli əsasda MDB üzv dövlətləri ilə qarşılıqlı faydalı iqtisadi, siyasi, hüquqi və humanitar əlaqələrin inkişafında maraqlıdır.
Dialoq tərəfdaşı kimi Azərbaycan, dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət kimi dəyərlərə/normalara əsaslanan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini bölüşür və BMT ilə ŞƏT arasında davamlı əməkdaşlığı tam dəstəklədiyini bir daha izhar edir.
Azərbaycan, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, terrorizm, ekstremizm və separatizm, habelə narkotik ticarəti və əlaqəli cinayətkarlığa qarşı mübarizə aparılması, o cümlədən qarşılıqlı maraq və narahatlıq doğuran digər sahələrdə regional əməkdaşlığın təşviq edilməsi üçün ŞƏT ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdən məmnundur.
Birləşmiş Millətlər Təşkilatı və regional təşkilatlar arasında əməkdaşlıq, Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinin təşviq edilməsi baxımından zəruridir. Bir sıra hallarda aydındır ki, regional və sub-regional təşkilatlar bu xüsusda əvəzedilməz mexanizmlərdir.
Bununla yanaşı, ciddi problemlər hələ də mövcuddur. Regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malik olsalar da, heç də hamısı, onlara üzv dövlətlərin qanunla müəyyən edilmiş müvafiq öhdəliklərinə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensialına sahib deyillər".


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!