Ağdam və Ağdərədə güclü yanğın: Mina partlayışları baş verir .....                        Bütün bucaqlardan- bütöv .....                        Məşhur rok musiqiçisi vəfat etdi .....                        BMT Ukraynaya görə təcili toplanır .....                        Ərdoğan Kamran Əliyevi qəbul etdi .....                        İlham Əliyev jurnalistləri təbrik etdi .....                        “AzParking”lə bağlı yenilik .....                        Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək .....                        Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO .....                       
Tarix : 7-05-2014, 21:30

 

Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə daxili işlər naziri Ramil Usubova müraciət edib. Deputatın müraciətində deylir:

"Hörmətli cənab Nazir,

Özünü hüquq müdafiəçisi adlandıran, əslində bu ad altında fəaliyyəti və yeganə marağı xarici təşkilatlar tərəfindən maliyyələşən müxtəlif layihələr reallaşdırmaqla özünə var-dövlət, sərvət əldə etməyə çalışan Leyla Yunus son vaxtlar özü haqqında əzabkeş bir obraz yaratmaqla məşğuldur.

İstintaqı aparılan cinayət işi ilə bağlı şahid qismində prokurorluq orqanlarına dəvət edilmiş L.Yunus qanunlara hörmət etmək əvəzinə istintaqın çağırışından yayınmağa üstünlük vermiş və daha uzağa gedərək iki xarici ölkə səfirliyinin əməkdaşlarının müşaiyəti ilə Bakı Beynəlxalq Hava Limanına gedərək ölkədən çıxmağa cəhd etmişdir.

İstintaq orqanı onun ölkədən çıxışına qadağa qoyduğu üçün L.Yunusun bu arzusu reallaşmamış və o geri qaytarılmışıdır.

Növbəti gün onun evində qanunauyğun olaraq axtarış aparmağa gələn istintaq əməkdaşlarına köməklik göstərən polis əməkdaşlarına qarşı hörmətsizlik nümayiş etdirməklə bərabər Leyla Yunus onları təxribata çəkməyə cəhd etmiş, polisə böhtan atmaqla yanaşı, gənc polis baş leytenantını əli ilə itələmiş, onun xidməti baş geyimi olan papağını başından götürərək yerə atmışdır.

O, bu hərəkəti ilə nəinki polis əməkdaşını təhqir etmiş, həm də yerə atdığı papağın üzərində əks olunmuş dövlətimizin atributu olan gerbimizi də yerə atmışdır. L.Yunus bu hərəkəti ilə dövlətimizə olan münasibətini, dırnaqarası sevgisini bir daha nümayiş etdirmişdir.

Bütün bunları L.Yunus bilərəkdən, qəsdən ona görə etmişdir ki, polis ona qarşı zorakılıqla müşahidə olunan hərəkətlər etsin. Sosial şəbəkədə yayımlanan məlum video-görüntüdə Leyla Yunusun təxribat xarakterli, qadına və əxlaqa sığmayan ifadələri və hərəkətləri qarşısında səbr və təmkin nümayiş etdirən həmin gənc polis baş lentenantının mükafatlandırılmasını Sizdən xahiş edirəm”.



Paylaş



Bölmə: Siyasət / Şəkilçarx / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!