EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək .....                        Qalatasaray Yuventusu darmadağın etdi .....                        Çox ölkədə Ramazan sabah başlayır .....                        Bakıda torpaq sürüşməsi baş verib - VİDEO .....                        Cenevrədə danışıqların birinci günü başa çatıb .....                        İranla ABŞ barışır .....                        Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub .....                       
Tarix : 4-10-2020, 19:54
Mingəçevir sakini: Ermənilər bir-iki raketlə xalqmızın əzmini qıra bilməz

Ermənilərin Mingəçevirə bir neçə raket atması əhali arasında heç bir təşvişə səbəb olmayıb. Hazırda şəhərdə hər şey öz qaydasındadır, hər kəs öz gündəlik fəaliyyəti ilə məşğuldur.
Butov.az xəbər verir ki, bunu Trend-ə Mingəçevir sakini Nizami Mehdiyev deyib.
N.Mehdiyev bildirib ki, qüdrətli ordumuz qarşısında aciz qalan düşmən mülki əhalini atəşə tutmaqla insanlar arasında panika, təşviş yaratmaq istəyir: “Ancaq insanlarımızın əhval-ruhiyyəsi, qələbə əzmi o qədər yüksəkdir ki, düşmən heç bir vasitə ilə bu əzmi sındıra bilməz. Bildiyiniz kimi dünən cənab Prezident İlham Əliyev daha bir qələbəni, Cəbrayıl şəhəri və rayonun bir neçə kəndinin işğaldan azad etdiyini bildirdi.
Möhtərəm Prezidentimizin bu xəbəri bütün Azərbaycan xalqını çox sevindirdi, insanlarımızın qələbə əzmini daha da möhkəmləndirdi. Bundan sonra düşmən çirkin əmələ əl ataraq mülki əhaliyə atəş açaraq istədi ki, əhalini qorxuya salsın. Ancaq deyə bilərəm ki, düşmənin bu çirkin əməli əks təsir göstərdi, insanlarımız bu atəşdən nəinki qorxmadı, əksinə daha da ruhlandı, qələbə əzmini daha da artırdı.
İndi 90-cı illər deyil. Bu gün Azərbaycanın qüdrətli ordusu, qətiyyəli, prinsipial lideri, Ali Baş Komandanı var. Xalqımız böyük zəfərin çox yaxında olduğuna inanır. Yaxşı olar ki, düşmən ordumuz tərəfindən məhv edilməyənə qədər bizim torpaqlardan rədd olsun”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!