Şuşa ilə Xankəndi arasında kanat yolu - Prezident AÇIQLADI .....                        “Öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq .....                        Hindistanla Pakistan silahları susdurdu - Müharibə ehtimalı hələ də qalır... .....                        Xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər .....                        Ulu Öndərin bütün həyatı Azərbaycan xalqına həsr edilib .....                        Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var .....                        Hindistan və Pakistan arasında atəşkəs əldə olundu .....                        Bu gün bərpa olunan Qarabağı görürük - Prezident .....                        Gənc əsgərlər and içdilər - FOTO .....                       
Tarix : 10-05-2016, 16:11
Nazirlik Nəcməddin Sadıkovun vəzifədən çıxarılması barədə məlumatları təkzib etdi


Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Butov.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, bəzi üzdəniraq saytlarda orduya qara yaxmaq və düşmən dəyirmanına su tökmək məqsədi daşıyan böhtan xarakterli yazılar dərc olunub: “Ordumuzun düşmənə qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları, torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti Azərbaycan Prezi­den­ti­, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qiymətləndirilib. Bu yüksək qiymətdə hər kəsin, zabitlərin, gizirlərin, müddətdən artıq xidmət edənlərin və əsgərlərin, bir sözlə Ordumuzun hər bir üzvünün payı var. Mətbuatda bu cür yazılar yaymaqla ermənipərəst qüvvələr özlərinin iç üzünü açıb göstərirlər. Onlardan fərqli olaraq, Silahlı Qüvvələrimizin rəhbərliyi və şəxsi heyəti gecə-gündüz ancaq bir məqsəd - torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışır. Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji ruhu yüksəkdir. Düşmən dəyirmanına su tökməklə məşğul olanlar heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Ordumuz hər an xalqımızın tələbi və Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır və qadirdir”.

Qeyd edək ki, Azərbaycanda bəzi saytlar N. Sadıkovun hərbi əməliyyatlar zamanı taktiki səhvlərə yol verdiyi üçün tutduğu vəzifədən azad edilməsi barədə məlumat yayıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!