ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı .....                        Pakistanda 145 silahlı zərərsizləşdirildi .....                        Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi .....                        Rusiya doğum evini vurdu .....                        ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç .....                        Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var? .....                        Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı .....                        Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü .....                        Zelenski prezidentliyə namizədliyi barədə danışdı .....                       
Tarix : 29-01-2021, 10:04
Samir Nuriyevin sədrliyi ilə PA-da iclas keçirildi
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində müxtəlif işçi qruplardan ibarət İdarələrarası Mərkəz fəaliyyət göstərir.

Həmin işçi qruplarından biri olan Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin hazırkı vəziyyətinin müəyyənləşdirilməsi, vurulmuş zərərin qiymətləndirilməsi, onların təsnifatının aparılması, habelə müvafiq qaydada bərpa işlərinin və mühafizənin təşkilidir.

Nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sədrliyi ilə işçi qrupun iclası keçirilmişdir. İclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər iştirak ediblər.

Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası, mədəniyyət və dini abidələrin şəhərsalma qaydaları nəzərə alınmaqla yenidən qurulması, onların etibarlı mühafizəsinin təşkili gündəlikdə duran əsas məsələlərdir.

İclasda Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində ardıcıl mədəni tədbirlərin keçirilməsi, xüsusilə Vaqifin poeziya günlərinin və “Xarı bülbül” festivalının təşkili ilə bağlı məsələlər də nəzərdən keçirilib.

İşçi qrupun üzvü olan dövlət qurumlarının rəhbərləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat vermiş, bir sıra əlavə təklfilər səsləndiriblər.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!