Rusiya ilə Ukrayna razılaşa biləcək? -Türkiyədən AÇIQLAMA .....                        Makronun 40 min avroluq heykəli oğurlandı .....                        Müharibə zamanı Ermənistanın hədəfə aldığı mülki obyektlər .....                        Tələbə dənizdə boğulub öldü .....                        Kreml 30 günlük atəşkəsə niyə razılaşmır? .....                        28 Mayı 3 qardaşa layiq şəkildə qeyd etdik - Ərdoğan .....                        Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir .....                        Rusiya və Ukrayna razılaşdı .....                        Zelenskidən İstanbul danışıqları barədə ilk açıqlama .....                       
Tarix : 9-09-2015, 14:17
İlham Əliyev: “Yaxın Şərqdə həyata keçirilən ssenarilər Azərbaycan üçün də hazırlanmışdır”


Bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdır.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxış edərkən deyib.

O qeyd edib ki, 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır.

“Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışlar. Bizim hüquq mühafizə orqanları bütün bu işlərin üstünü açıb”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda “Maydan hərəkatı”nı yaratmaq istəyirdilər.

“Gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerli “Beşinci kolon”un vasitəsilə, qeyri-hökumət təşkilatları adı ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər”.

Prezidentin sözlərinə əsasən, 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar almışdır.

“Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunub. Mən bunu açıq deyirəm. Mən bunu başqa cür qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi.

Çünki bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq?! Heç kimə! Bizim bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz kimə mane oluruq?! Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdə “marionetka” görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər”.

İlham Əliyev bəyan edib ki, Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox.

“Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə yox dedi, Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir. Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır.

Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər. Biz heç kimin qabağında gözükölgəli deyilik və öz sözümüzü deyirik, deyəcəyik.

Azərbaycanın müstəqil həyatını təmin edəcəyik”


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!