Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 18-09-2015, 08:32
Erməni nazir Azərbaycana meydan oxuyur (FOTO)


Seyran Ohanyan ölkədəki narazılığı yartırtmaq üçün ictimaiyyətə "güclüyük" mesajı verib

Ermənistanın Müdafiə Nazirliyinin başçısı Seyran Ohanyan yenə "coşub", dağı-dağ üstünə qoyacaqlarını, milli ordunun guya çox gücləndiyini açıqlayıb.

Butov.az ANS PRESS-in məlumatına əsasən nəzərinizə çatdırır ki, müdafiə naziri məhz ölkədəki narazılığı yartırtmaq üçün ictimaiyyətə "güclüyük" mesajı vermək üçün brifinq keçirib və erməni ordusunun istənilən vaxt Azərbaycanın hərəkətlərinə, təzyiqlərinə dəyərli cavab verdiyini deyib: "Ermənistanın silahlı qüvvələri qarşıya qoyulmuş məsələləri tamamilə icra edir. Biz bu gün əvvəldən qarşıya qoyulmuş məsələləri yerinə yetiririk və həmçinin ölkənin müdafiəsi, təhlükəsizliyinin təminatı üçün lazım olan məsələləri çəkinmədən icra edəcəyik."


Ohanyan vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri böyuk kalibrli silahlar tətbiq etməyə başlayıb. Məsələn, 60, 82 və 120 millimetr kalibrli minaatanlar bizi qorxutmur. Son günlərdə atəşlərin sayı azaldı. Bu, tərəfimizdən dəyərli cavab verilməsinin nəticəsidir.

Azərbaycanın hərbi eksperti Üzeyir Cəfərov Ohanyanın bu fikirlərinə münasibət bildirib və bunu növbəti sayıqlama adlandırıb. O deyib ki, qoy, Seyran Ohanyan özünü sakitləşdirməsin. Azərbaycan heç vaxt boş yerə Ermənistana cavab verməyib. Son vaxtlar Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Azərbaycan səfəri, Ermənistanın xarici işlər nazirinin Moskvaya səfəri ərəfəsində atəşkəs məqsədli şəkildə pozulurdu. Hətta ermənilər Tərtərdə mülki insanların keçirdiyi toy mərasiminə atəş açaraq ən böyük şərəfsizlik, vicdansızlıq nümayiş etdiriblər. Təbii ki, toy mərasimini atəşə tutmaq ancaq və ancaq erməni xislətinə uyğun hərəkətdir. Bunun başqa adı yoxdur. Ohanyan buna münasibət bildirsə daha yaxşı olardı."


Erməni nazir Azərbaycana meydan oxuyur (FOTO)


Üzeyir Cəfərov- hərbi ekspert


Ekspertin sözlərinə görə, Azərbaycan tərəfi hər dəfə ermənilərin hərəkətinə üçqat, beşqat, onqat ağır zərbə vurur. Bunu bizim müdafiə nazirimizdə açıq deyib. Ümumiyyətlə, ermənilər son aylarda itkiləri gizlətməyə başlayıblar. Bunu açıqlasalar hər kəs görəcək ki, Ermənistanın nə qədər itkiləri olub. Onlar son vaxtlar itkiləri maksimum gizlətməyə çalışır: "Ohanyanın fikrincə, guya onlar Azərbaycana hansısa problemlər yaşadıblar deyə bu məsələdən bir qədər əl çəkib. Amma ermənilərin son addımları onunla nəticələndi ki, Azərbaycan onlara çox sarsıdıcı zərbə vurdu və bunun nəticəsində Ermənistan məcbur qalıb geriyə çəkil əmri verib. Ona görə də, Ohanyanın açıqlamaları daxili auditoriyaya hesablanıb. Məlumdur ki, verdikləri itkilərə görə, hətta Ermənistan rəhbərliyinin istefası ilə bağlı yaxın günlərdə əsgər anaları böyük tədbir keçirmək istəyirlər. İndi Ohanyan çalışır ki, bunu bir qədər ört-bastır etsin, çünki çox böyük narahatlıq duyur.

Ermənistanın müdafiə naziri avqust ayında əmr imzalayıb ki, orduda fövqəladə hadisələr haqqında informasiyaların məxfiləşdirilməsi haqqında, yəni bundan sonra həlak olanlarla bağlı məlumatlar gizlədilsin, verilməsin. Bunu Ermənistanın "Dialoq Mira" İctimai Təşkilatının sədri Edqart Xaçaturyan açıqlayıb və deyib ki, Ohanyan indi bu yola əl atıb. Görünən odur ki, Ohanyan əsgər itkilərindən cana doyub və cəmiyyət ondan bunun qarşısının alınmasını tələb edir.


Erməni nazir Azərbaycana meydan oxuyur (FOTO)


Erməni əsgər analarının naləsi


Bir sözlə, həlak olan əsgərlərlə bağlı məlumatları gizlətdiyinə görə müdafiə naziri Seyran Ohanyan Ermənistan ictimaiyyəti tərəfindən məhkəməyə verilib. Təbii ki, məhkəmə ədalətli qərar qəbul edərsə, onun vəziyyəti o qədər də ürəkaçan olmayacaq.

Bu ilin birinci yarısında cəbhədəki gərginlik zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Ordusunun 50-dən çox hərbçisi məhv edilib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin son hesabatında isə Ermənistan Silahlı Qüvvələrində 45 nəfərin öldüyü göstərilib. Cəbhədə təxribatlara cəhd edərkən Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş bir neçə erməni hərbçisi barədə məlumat Ermənistan Müdafiə Nazirliyi tərəfindən gizlədilsə də onların fotoları və digər məlumatlar ermənilərə məxsus sosial şəbəkələrdə yayılıb.


Erməni nazir Azərbaycana meydan oxuyur (FOTO)


Butov.az



Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!