Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
Tarix : 10-11-2015, 10:26
“Prezidentin bu çağırışına dəstək olmalıyıq”



Dövlətimizin inkişafı və korrupsiyanın azaldılması üçün siyasi müxalifətə çevrilməyən ictimai nəzarətin olması olduqca vacibdir.


Butov.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışlarını şərh edən politoloq Fərhad Mehdiyev deyib. O, ölkə başçısının son çıxışlarında ictimai nəzarətin əhəmiyyətini xüsusilə vurğuladığına diqqət çəkib:

“İctimai nəzarət - siyasi müxalifət demək deyildir. Bu məsələ xəttin hər iki ucunda (hökumət-cəmiyyət) həmişə düzgün başa düşülmür. Dövlətin inkişafı və korrupsiyanın azaldılması üçün siyasi müxalifətə çevrilməyən ictimai nəzarətin olması olduqca vacibdir. Bu məsələdə tənqid sırasında istifadə olunan dil olduqca mühümdür. Yəni ağır ittihamlar səsləndirmək yerinə, konstruktiv, təklif formasında mülahizə bildirilməlidir.

Tənqid ağır olsa da, əks-reaksiyanın 2 səbəbi var: birincisi, Şərq xalqında tənqidə dözümsüzlük var, ona görə də fikirlər ünvanına çatmır. İkincisi, ağır tənqid səsləndirildikdə, bu, siyasi müxalifətə bənzəyir və tənqidçi ümumiyyətlə tərəf müqabili kimi qəbul olunmur və onun fikirləri nəzərə alınmır. Bu nöqteyi-nəzərdən də əsas məqsədimiz prezidentin idarəsi altında müasir, mürəffəh, müstəqil və mədəni Azərbaycan formalaşdırmaqdır”.

Politoloq hesab edir ki, cəmiyyətdə olan problemlər araşdırılmalı, qanunvericiliyin təmin etdiyi təklif və şikayət yollarından istifadə edilməlidir:

“Bunu bir-iki nəfər yox, bir çox insan etməlidir. Çünki şikayət və ya narazılıq ictimai rəy formasını aldıqda idarəçilər ona mütləq reaksiya verir. Sadəcə təklif və şikayətləri ictimai halda, obyektiv və qərəzsiz formada, narahatlıq və qıcıq doğurmayacaq formada bildirməliyik. İctimai nəzarət məsələsində prezidentə yardımcı olmalıyıq”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!