Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 27-04-2016, 16:28
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın"




Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun.

Butov.az-ın “Report”-a istinadən xəbərinə görə, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən tədbirdə deyib.

Mehriban Əliyeva bildirib ki, Azərbaycan tarixi torpaq olmaqla yanaşı, BMT-nin ən gənc üzvüdür: “Ölkəmiz 1992-ci ildə BMT-nin tamhüquqlu üzvü oldu. 25 ildə Azərbaycan xeyli inkişaf edib, dünyaya inteqrasiya edib. Elm, təhsil sahəsində islahatlar aparılıb.

Qeyd etmək lazımdır ki, xalqımız böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, inkişaf edib. Azərbaycan BMT-yə üzv olarkən 5 il idi ki, Ermənistan-Azərbaycan münaqişəsi davam edirdi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bizə xeyli ziyan dəyib, mədəniyyət abidələri dağıdılıb, şəhərlər yerlə-yeksan edilib.

BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamələr qəbul edib”. Azərbaycanın birinci xanımı qeyd edib ki, Azərbaycanda çadır düşərgələri ləğv edilib, orada yaşayan məcburi köçkünlər mənzillərlə təmin edilib: “Amma nə qədər yaxşı şərait yaradılsa da, həmin insanlar öz doğma yurdlarına qayıtmaq istəyirlər, yaşlı insanlar öz torpaqlarını görməyə can atırlar. Qarabağ, Suriya, Əfqanıstan məcburi köçkünləri xeyli əziyyət çəkirlər. Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun”.

O, Heydər Əliyev Fondunun gördüyü işlərlə bağlı məlumat verib.

Mehriban Əliyeva həmçinin vurğulayıb ki, Azərbaycan çoxmillətli dövlətdir, ölkədə tolerantlıq mövcuddur:

"Əhalimizin əksər hissəsinin müsəlman olmasına baxmayaraq, digər dinlərə məxsusi nsanlar da sərbəst yaşayırlar”. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri qeyd edib ki, Azərbaycanda 300-dən çox dini icma var:

“Ən mühün nailiyyətlərdən biri Azərbaycan cəmiyyətində tolerantlığın mövcud olmasıdır.

Biz gələcəyə nikbin yanaşırıq”. Mehriban Əliyeva Azərbaycanın inkluziv cəmiyyətin yaradılmasında maraqlı olduğunu vurğulayıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!