Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim" .....                        Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var .....                        Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü .....                        Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq .....                        Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? .....                        Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı .....                        Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB .....                       
Tarix : 7-06-2016, 12:16
Erməni əsgər İlham Əliyevdən kömək istədi


Erməni əsgər Azərbaycan prezidenti İlham Əliyevə kömək üçün müraciət edib.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Bakını tərk etmiş məşhur erməni ictimai fəalı Vaan Emilyeviç Martirosyan həmin məktubu virtualaz.org saytının redaksiyasına göndərib.

I Qarabağ müharibəsi əlilinin Azərbaycan prezidenti İlham Əliyevə açıq müraciətində olduqca emosional məqamlar var.

Ermənistanın Eçmiyədzin rayonunun Arşaluys kəndinin sakini Kadjazuna Ayrapetyan öz problemlərini tam səmimi olaraq ifadə edib, indiki erməni hakimiyyətinin idarə metodlarını təsvir edərək, ona öz etirazını bildirib.

Məktubda erməni veteran Azərbaycan Silahlı Qüvvələrinə qarşı vuruşduğunu etiraf edib və bunun səbəblərini açıqlamaqda aciz olduğunu bildirib. İlham Əliyevdən maliyyə yardımı istəyən veteran bu vəsaiti özünə protez qoydurmaq üçün xahişı edir. Müharibə zamanı ayağını itirən birinci qrup əlil Ermənistan dövlətinin verdiyi pensiyanın dərmanlara güclə çatdığını bildirib.

Qarabağ veteranı 25 ildir ki, hökumətdən ev ala bilmədiyini, 7 nəfərlik ailəsi ilə balaca mənzildə yaşadığını vurğulayıb: "Mən kommunal xidmətlərə görə ödəniş edə bilmirəm, budur artıq 4 ildir bizdə elektrik və su yoxdur. Uşaqların təhsil haqqını ödəyə bilmədiyim üçün universitetdən qovdular. Mənim bu vəziyyətim eyni ilə digər veteran dostlarımın da başına gəlib. Bir çoxu sadəcə aclıqdan küçələrdə ölürlər. Qarabağ veteranları "bomj" kimi yaşayırlar".

İlham Əliyevdən veteranlara kömək etməyi xahiş edən veteran bildirir: "Bizə xeyir əlini uzatsanız Robert Koçaryanı, Serj Sarkisyanı, həmçinin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı Azərbaycana təslim edərdik. Yəqin ki, azərbaycanlılar məhz bunu gözləyirlər".

Erməni veteran Azərbaycanın kriminal hakimiyyətlə mübarizə apardığını və bu yolda bütün köməkliyi göstərməyə hazır olduqlarını bildirib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!