İspaniyada fövqəladə vəziyyət elan olundu .....                        Millimizin üzvü Dünya kubokunun qalibi oldu .....                        Pezeşkianın Azərbaycana səfəri başa çatdı .....                        Məşhur yazıçı qətlə yetirildi .....                        Xalq artisti yıxıldı, qolu sındı .....                        "Neftçi" Sumqayıtda xal itirdi .....                        Pekin Trampı təkzib etdi - Liderlər danışmayıb... .....                        Rusiya ilə münasibətləri pozmaq niyyətimiz yoxdur - Paşinyan .....                        İrandakı partlayışda ölənlərin sayı artdı .....                       
Tarix : 10-11-2016, 11:34
“Euromoney” Trampa görə Azərbaycanın risk dərəcəsini kəskin artırdı


8 ildir davam edən qlobal bank böhranı və digər qlobal iqtisadi problemlərlə bir vaxtda ABŞ-da respublikaçı Donald Trampın seçkilərdə qələbə qazanması qlobal siyasi riskləri kəskin artırıb.

Butov.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu qənaətlə “Euromoney” jurnalı çıxış edir. Jurnal Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendumdan sonra ABŞ-dakı seçkilərin qlobal siyasi qeyri-müəyyənlik yaratdığını bildirir. Nəticədə jurnalın araşdırdığ 186 ölkədən 97-də iqtisadi risklər kəskin artıb. “Euromoney” bildirir ki, Azərbaycan, Konqo, Nigeriya kimi iqtisadiyyatı neftdən asılı olan ölkələrdə risklər daha çox yüksəlib.
“Euromoney” Trampa görə Azərbaycanın risk dərəcəsini kəskin artırdı

Jurnalın analitikləri qeyd edir ki, Trampın prezidentliyi ciddi geosiyasi dəyişikliklərə, siyasi qeyri-müəyyənliklərə və digər problemlərə gətirib çıxara bilər. Hazırda maliyyə bazarları ABŞ-dakı seçkilərin nəticələri ilə bağlı təşviş içərisindədir. Bazarlar Trampın hər hərəkətini, nazir və müşavir təyinatlarını diqqətlə izləyəcək, onun iqtisadi və siyasi gündəmi bazarlara təsir göstərəcək. Analitiklər hesab edir ki, Trampın qələbəsi Avropa boyu sağçıların güclənməsinə və hakimiyyətə gəlişinə səbəb ola bilər.

Analitiklər Braziliya, Çin, Türkiyə kimi ölkələrin də risk dərəcəsinin kəskin artdığını bildirir. Çünki bu ölkələrdə iqtisadi risklər siyasi risklərlə bərabər artır. Jurnalın yazdıına görə Almaniyanın “Commerzbank”ının analitikləri Trampın qələbəsinin qlobal iqtisadiyyat üçün “Brexit”dən daha ciddi problem olduğunu qeyd edir. Çünki Tramp vergilərin kəskin ixtisarına və hərbi xərclərin artımına hazırlaşır. Bu da büdcədə ildə ÜDM-in 2 faizi həcmində kəsir yaranmasına səbəb olacaq. Xarici siyasətdə Tramp NATO-nu zəiflədəcək və bu da Rusiyanı Avropada yeni münaqişələr yaratmağa həvəsləndirəcək. Bu isə ciddi riskdir. “Ona görə də şlyapalarınızı bərk tutun, 2017-ci il çox çətin olacaq”-analitiklər xəbərdarlıq edir.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!