Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
Tarix : 17-02-2017, 12:18
“Bəzən deputatları məmurlarla eyniləşdirirlər”

Bu gün Milli Məclisdə kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib.

Butov.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən vitse-spiker Bahar Muradova qeyd edib ki, Azərbaycan mətbuatı hər zaman problemlərin önündə getməyə çalışıb:

“Mətbuat özü öz içərisindən saflanamağa daha çox imkan qazanıb. Biz parlament olaraq mətbuatın işinə çox önəm veririk. Ancaq Milli Məclisin fəaliyyətinin cəmiyyətə doğru-düzgün çatdırılması istiqamətində problemlər mövcuddur. Biz istəyirik ki, bu məsələləri müzakirə edək. Mətbuatın inkişafı bundan sonra dövlətin diqqət mərkəzində olacaq. Bəzən Milli Məclisin deputatlarının məmurlarla eyniləşdirilməsi halları olur. Ancaq millət vəkilləri də sizlər kimi ictimai mövqeyi bölüşən şəxslərdir”.

B. Muradova bildirib ki, mətbuat Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqımızın formalaşması, qarşıda duran hədəflərə nail olunması istiqamətində daim özünəməxsus mövqe sərgiləyib, proseslərin önünə keçməyi bacarıb: “Dövlətimizin yaranması, müstəqilliyini itirməsi, sonra yenidən bərpa etməsi, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər daim mətbuatda da öz əksini tapıb. Azərbaycan inkişaf edən bir ölkədir, müstəqillik qazandığı müddət ərzində bir çox nailiyyətlər əldə edib və bu nailiyyətlərdən bir qismi də mətbuatla bağlıdır. Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Yenidən müstəqillik qazandıqdan sonra da mətbuat üzləşdiyi çətinlikləri ləyaqətlə dəf edib və demokratik cəmiyyətin yaranmasında özünəməxsus rol oynayıb”.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxışında qeyd edib ki, mətbuat milli təfəkkürün, milli mənliyin formalaşmasında kifayət qədər rol oynayb: “Azərbaycan xalqının inkişaf istiqamətini göstərdi. Həmin insanlar 19-cu əsrin sonlarında Azərbaycan xalqının müstəqil yaşaması ideyasını meydana gətirdilər və sonra cümhuriyyət qurularkən müxtəlif vəzifələr tutdu. Sonra müstəqillik, azadlıq hərəkatında mühüm rol oynadı. Bu gün mətbuat müstəqil, azaddır, dövlət hər zaman Azərbaycan mətbuatının yanında olub”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!