Xarici İşlər Nazirliyinin nəzdində yeni idarə yaradıldı .....                        Prezidentdən müharibə əlilləri və şəhid ailələri ilə bağlı mühüm SƏRƏNCAM .....                        Azərbaycanda Hərbi prokuror təyin edildi .....                        Putin İstanbula getməyəcək - Prezidenti onlar əvəzləyəcək .....                        Baş nazirdən əmək kitabçaları ilə bağlı qərar .....                        Magistraturanın müsabiqə şərtləri - Keçid balları AÇIQLANDI .....                        Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş .....                        Ərdoğan NATO Baş katibini qəbul etdi .....                        Magistratura imtahanının nəticələri elan edildi .....                       
Tarix : 12-05-2017, 19:48
Ramil Usubov Çin səfiri ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 12-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanı qəbul edib.
Butov.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir iki ölkə arasındakı münasibətlərin tarixən mövcud olmuş Böyük İpək Yolu vasitəsi ilə ticarət və mədəni əlaqələrdən qaynaqlandığını, onun inkişafının dönüş nöqtəsinin isə ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına ilk rəsmi səfəri ilə bağlı olduğunu xatırladıb.
Ramil Usubov bildirib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq onun 2004-cü ilin aprelində bu ölkəyə səfəri zamanı imzalanmış Saziş çərçivəsində həyata keçirilir və ikitərəfli əlaqələr, eyni zamanda, Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) vasitəsi ilə aparılır.
Nazir 2003-cü ildən başlayaraq DİN Daxili Qoşunlarının hərbi qulluqçularının Çin Xalq Respublikasında müxtəlif təlim kurslarında iştirakını məmnunluqla qeyd edib.

Daxili işlər naziri Ramil Usubov xüsusən kibercinayətkarlıqla mübarizədə Çinin təcrübəsini yüksək qiymətləndirib.

Səfir Vey Cinhua Bakının onda böyük təəssürat yaratdığını qeyd edərək, ictimai asayişin, əmin-amanlığın yüksək səviyyədə qorunduğu paytaxt şəhərlərindən biri olduğunu bildirib.
Azərbaycanın iqtisadiyyatına külli miqdarda sərmayə yatıran xarici investorların və digər əcnəbi vətəndaşların burada tam sərbəst və təhlükəsizlik şəraitində yaşayaraq fəaliyyət göstərmələrindən məmnunluğunu ifadə edən səfir belə şəraitin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!