Muğam Mərkəzində Mahirə Nağıqızının yaradıcılıq gecəsi .....                        İcmada professor Fərrux Rüstəmovun kitabının təqdimatı olub. .....                        Müəllimlərə də təhsil kartları veriləcək - RƏSMİ .....                        Gürcü müxalifəti mitinqlərə başladı .....                        Ceyhun Bayramov həmkarı ilə danışıqlar apardı .....                        COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək? - RƏSMİ .....                        Zakir Həsənov Slovakiyadadır - FOTO .....                        Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb - VİDEO .....                        RİNN-in saytında COP 29-la bağlı xüsusi bölmə yaradılıb .....                       
Tarix : 27-11-2018, 15:28
Gəmiçilik üç rübdə ətraf mühitin qorunması üzrə görülən işlərin hesabatını açıqlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilin üç rübündə ətraf mühitin qorunması üzrə görülən işlərin hesabatını açıqlayıb.
Butov.az xəbər verir ki, QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” üçün əsas davamlı inkişaf meyarlarından biridir. ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neft şlamın, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.
Cari ilin yanvar–sentyabr aylarının nəticələrinə görə, ASCO-nun həm sahil, həm də dəniz obyektlərində formalaşan 122 min 944 ton çirkab məişət-təsərrüfat suyu, 5 min 336 ton neftli döşəməaltı su, 229 ton 582 kiloqram işlənmiş sürtgü yağı, 49 ton 277 kiloqram yağlı əski, 22 ton 792 kiloqram sintetik propilen buraz kəndir qalığı, 160 ton 42 kiloqram şüşə məmulatları bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərdən kənarlaşdırılıb.
Həmçinin, 87 ədəd yararsız akkumulyator, 55 ton 103 kiloqram rezin tullantısı, 211 ədəd yanacaq, 612 ədəd yağ və 368 ədəd hava süzgəcləri, 9,5 ton yararsız təşkilati avadanlıq və toner-katric, 40,86 ton keramik qırıntı, 6 ton asbest qalığı, 53,5 ton işlənmiş boya qabı və boya tullantıları, 318 ton 899 kiloqram taxta tullantı, 45 ton tibbi tullantı, 188 ton 437 kiloqram sellüloz (kağız-karton) tullantısı, 280 ton 339 kiloqram tekstil parça qalığı, 259 ton 706 kiloqram polimer əsaslı və plastmas tullantı, 749 ton 416 kiloqram qida qalığı aidiyyəti üzrə təhvil verilib.
Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və QSC-nin sahil fəaliyyət akvatoriyaları səthindən 2,42 ton neft-su qarışığı və 41,25 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!