Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
Tarix : 1-02-2019, 08:06
Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə V qrupun dizayn ixtisasına qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib.
Butov.az xəbər verir ki, bu barədə Oxu.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilir ki, 2019-cu ildən etibarən dizayn ixtisası yalnız “Təsviri sənət” istiqamətində olacaq. Bu ixtisas üzrə Qabiliyyət İmtahanı Komissiyaları Bakıda (14) və Gəncədə (87) təşkil olunacaqdır.
Komissiyalar üzrə qabiliyyət imtahanı iki fənn üzrə keçiriləcək -rəsm və rəsmxət və ya kompozisiya.
Qabiliyyət imtahanının yekun nəticəsi “məqbul”la qiymətləndirilir.
Hər bir fənn üzrə abituriyentin tapşırığı 10 ballıq qiymətləndirmə şkalası ilə qiymətləndirilir.
Beş və daha yüksək bal müsbət qiymət hesab edilir. Fənlər üzrə toplanılmış ballar əsasında orta qiymət hesablanır. Qabiliyyət imtahanından yekun olaraq “məqbul” almaq üçün abituriyentin orta qiyməti yeddi və daha çox olmalıdır. Rəsm imtahanından müsbət qiymət ala bilməyən abituriyent 2-ci imtahana buraxılmır.
Dizayn ixtisası üzrə qeydiyyatdan keçmiş bütün abituriyentlər rəsm fənnindən qabiliyyət imtahanı verməlidirlər.
Rəsm imtahanından müsbət qiymət almış abituriyentlər 2-ci fənn üzrə qabiliyyət imtahanına buraxılırlar. 2-ci imtahan rəsmxət və ya kompozisiya fənlərindən biri üzrə olacaq.
Abituriyentlər öz seçimləri əsasında rəsmxət və ya kompozisiya fənlərindən biri üzrə qabiliyyət imtahanında iştirak edirlər.
Qabiliyyət imtahanından yekun olaraq “məqbul” qiymət almış abituriyentlər müsabiqəyə buraxılırlar.
Müsabiqəyə buraxılmış abituriyentlər hansı fənn üzrə 2-ci imtahanı verməsindən asılı olmayaraq bütün ali təhsil müəssisələrinin (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti; Azərbaycan Texnologiya Universiteti istisna olmaqla) dizayn ixtisasını seçmək hüququ qazanırlar.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn ixtisasını qabiliyyət imtahanını rəsm və kompozisiya fənləri üzrə verib müsabiqəyə buraxılmış abituriyentlər seçə bilərlər.
Azərbaycan Texnologiya Universitetinin dizayn ixtisasını qabiliyyət imtahanını rəsm və rəsmxət fənləri üzrə verib müsabiqəyə buraxılmış abituriyentlər seçə bilərlər.
Rəsm fənni üzrə imtahanda abituriyentə naturadan rəsminin çəkilməsi tələb edilən gipsdən olan antik baş və ya ornament təqdim edilir.
Abituriyent bu tapşırıqlardan birini çəkməlidir. Gipsdən olan antik baş A2, ornament A3 formatlı kağız üzərində karandaşla çəkilməlidir. Abituriyentə antik başı çəkmək üçün 8 akademik saat, ornamenti çəkmək üçün 4 akademik saat vaxt verilir.
Rəsmxət fənni üzrə imtahanda abituriyent həcmi fiqurun verilmiş iki proyeksiyası əsasında çatışmayan üçüncü proyeksiyasını qurmalı və qurulmuş proyeksiyalar əsasında həcmi fiqurun aksonometrik proyeksiyasını çəkməlidir.
Tapşırıq A3 formatlı kağız üzərində karandaşla işlənməlidir.
Tapşırığı çəkmək üçün abituriyentə 4 akademik saat vaxt verilir.
Kompozisiya fənni üzrə imtahanda abituriyent A3 formatlı kağız üzərində sulu boya və ya qarışıq texnika (tuş, tempera, quaş) ilə verilmiş mövzuya aid kompozisiya çəkməlidir.
Tapşırığı çəkmək üçün abituriyentə 6 akademik saat vaxt verilir.
Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı şəhərində Azərbaycan Memarlıq və İnşaat Universitetində, Gəncə şəhərində DİM-in Gəncə Regional bölməsində keçiriləcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!