"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 15-02-2019, 07:43
Ən çox qəza bu yollarda baş verir - Ekspert səbəbləri açıqladı

Ötən ilin statistikasına əsasən, Bakı şəhəri üzrə 619 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə, 212 nəfər həyatını itirib, 529 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov ümumilikdə qəzaların ən çox Ziya Bünyadov, Heydər Əliyev, Qara Qarayev, Azadlıq, Neftçilər, Nobel, Moskva prospektlərində, habelə Buzovna, Maştağa yolu, eləcə də, Kənar Dairəvi Yolda və ölkə əhəmiyyətli magistrallarda baş verdiyini bildirib.
Yol qəzalarının sayı, insan tələfatı halları ötən illərlə müqayisədə azalsa da, hadisələrin eyni ərazilərdə baş verməsi narahatlıq doğurur. Bu səbəbdən aidiyyəti qurumlar həmin küçə və prospektləri müəyyən edəcək, yollarda qəzaların aradan qaldırılması üçün interaktiv xəritə hazırlanacaq.
Oxu.Az-a açıqlama verən nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev respublika ərazisindəki yolların müasir nəqliyyat planlaşdırmasına uyğun gəlmədiyini deyib:
“Küçələr, prospektlər lahiyələndirilməsinə görə müasir şəhərlərə uyğun deyil. İnkişaf etmiş ölkələrdə iki növ yollar var: yerli yol şəbəkəsi (küçə və prospektlər) və magistral yollar. Bunlar bir-birindən prinsipial olaraq fərqlənir və bir-biri ilə ayrı giriş və çıxışlarla birləşdirilir. Avropa İttifaqında yerli yollar üçün qəbul edilən sürət məhdudiyyəti 50 km/s-lə tənzimlənir. Yaşayış zonalarında olan yüksək sürət, yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş ölümlərin statistikasını artırır.
50 km/s-dən sonra hər əlavə 5 km/s ölmək ehtimalını iki dəfə artırır. İnkişaf etmiş dövlətlərdə sırf yaşayış zonası olan küçələrdə hərəkət sürətini 30 km/s qədər azaldırlar. Mərkəzi küçələrdə isə məhdudiyyət 50 km/s olur.
Küçə və prospektlərin ictimai məkan funksiyalarına daha çox diqqət ayrılmalıdır. Avtomobil yolları isə sırf intensiv nəqliyyat axını üçün nəzərdə tutularaq lahiyələndirilir. Bizdə bu məsələdə hələ də Sovet vaxtından qalan yanaşma qalmaqdadır ki, bu, bütün dünyada yanlış hesab olunur. Bizdə yollar nə yerli yol şəbəkəsinə uyğundur, nə də magistral yollara. Təxminən bu ikisinin qarışığı bir sistem tətbiq edilib ki, bu da nəqliyyat sistemində yaşanan bir çox problemlərin, eləcə də, qəzaların təməl səbəblərindədir.
Məsələn, Nobel prospekti nə küçə-prospekt layihəsindədir, nə də avtomobil yoludur. Bu, müasir şəhər konseptinə uyğun deyil. Nəticədə, bütün bu xoşagəlməz hallar həmin sadalanan prospektlərdə güclü tıxacların yaranmasına gətirib çıxarır. Nəqliyyatın pik saatlarında belə prospektlərdə tıxac olur, gecə saatlarında isə həddən artıq yüksək sürət, yollarda işıqlandırmanın zəif olması, piyadaların hərəkəti üçün uğurlu olmayan layihələndirmə müxtəlif yol qəzalarının baş verməsinə zəmin yaradır. Problemin kökündən həll edilməsi üçün küçə-prospektlər yenidən layihələndirilməlidir”.
Bütün dünya ölkələrində qəzaların ilkin səbəbinin yüksək sürət olduğunu deyən ekspert bildirib ki, buna baxmayaraq, düzgün yol infrastrukturu qəzaların qarşısını almağı bacarmalıdır:
“Müasir şəhərlərdə sürət həddini tənzimləyəcək metodlar başqadır, bizdə isə başqa. Bizdə yollarda işıqforların sayını azaltmaqla tıxac problemini həll etməyə çalışırlar. Bu isə tam əks nəticə verir. Küçələrdə müxtəlif yol qovşaqları olmamalıdır. Yol kəsişmələrində işıqforlar qoyulmalıdır. Şəhər küçələrindəki infrastruktur çox yanlışdır. Dünya ölkələrində hərəkət zolağının enliliyi 3-3,25 m qəbul edilib, bizdə isə 3,75 m təyin edilib. Bu isə yüksək sürəti stimullaşdırır. Əslində, bu avtomagistrallar üçün seçilən layihədir, şəhər küçələri üçün yox.
Yaxşı olardı ki, şəhərin küçə-prospektlərində qəza hallarının qarşısını almaq üçün süni yol daralmalarından istifadə etsinlər. Çünki bir yolun maksimum sürət həddi 80km/saat təyin edilsə belə, bu, o demək deyil ki, nəqliyyat vasitələri bu sürətlə hərəkət etməlidirlər.
Ümumilikdə, paytaxt küçələrində yenidənqurma işləri aparılan zaman sol döngələrin yol ayrıcları və ya qovşaqlarla əvəz olunması avtomagistral yol xüsusiyyətlərinə aiddir və nəqliyyatın hərəkətində qəza halları yarada bilir”.
Ekspert onu da qeyd edib ki, hava limanına gedən yolun daha çox avtomagistral xüsusiyyətləri olsa da, yaxınlıqda yaşayış olan ərazilərdə piyada keçidlərinin qoyulması zəruri olduğu halda, yoxdur:
“Buzovna yolunda, səhv etmirəmsə, 4-5 avtobus dayanacağı olsa da, piyada keçidləri yoxdur. Bu, təbii ki, qəza risklərini artırır”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!