Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 23-04-2019, 09:31
Pensiya artımından kənarda qalanların problemi həll edildi

Prezident cənab İlham Əliyevin vətəndaş hüquqlarının yüksək səviyyədə təminatı və bütün sahələrdə sosial ədalət prinsipinə əməl olunması barədə tapşırığının icrası sosial müdafiə sahəsində aparılan islahat tədbirlərində də daim diqqətdə saxlanılır.
Butov.az-ın Modern.az-a istinadən məlumatına görə, bu istiqamətdə görülən tədbirlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ötən dövrdə pensiya təyinatı, xüsusilə təyin olunmuş pensiyaların məbləğlərinin hesablanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması həyata keçirilir.
Araşdırma nəticəsində əvvəlki illərdə bir çox hallarda təyin olunmuş pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablanması faktları aşkar edilir.
İndiyədək İdarə tərəfindən 300-dən çox şəxsin pensiyası üzrə belə fakt müəyyən edilib və onların pensiya məbləğlərinin qanuna uyğunlaşdırılaraq artırılması təmin edilib. (O cümlədən, ailə başçısını itirməyə görə pensiya alanlar üzrə 75 vətəndaşın pensiyası yenidən hesablanmaqla, 45 faiz artırılıb). Eyni zamanda, həmin artımların qeyd olunan şəxslərin pensiya hüququ yarandığı dövrdən hesablanaraq verilməsinə başlanıb.
Beləliklə, vətəndaşların əvvəlki illərdə pozulmuş pensiya hüquqları və onlara qarşı ədalətli yanaşma bərpa olunmaqla, onların pensiyalarında əhəmiyyətli artımlar edilib. Bundan məmnun qalan pensiyaçılar nazirliyə ünvanladıqları müraciətlərdə pensiya hüquqlarının bərpasına və onlarla bağlı ədalətli addımın atılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər.
Hazırda müvafiq araşdırmalar davam etdirilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!