Böyük itkimiz - Mustafa Vəkiloğlu yazır .....                        Xocalıya növbəti köç oldu .....                        Körpükənd – yüz illərin arasına körpü salan kənd .....                        MSK 3 şikayətlə bağlı qərar verdi .....                        Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi .....                        HƏMAS komandirin öldüyünü 6 ay sonra təsdiqlədi .....                        Bakı-Quba yolunda qəza: 5 nəfər yaralandı .....                        Ronaldo "Sumqayıt"da oynayacaq .....                        Bakıda tramvayların işə başlayacağı tarix məlum oldu .....                       
Tarix : 10-09-2019, 06:15
Dövlət kimə uşaqpulu verməli, kimə verməməlidir? - TƏHLİL

Son vaxtlar sosial şəbəkələrdə uşaq pulunun bərpası ilə bağlı müzakirələr gedir. İctimai fəalllar hökumətdən 2016-cı ildə ləğv edilmiş uşaq pulunun bərpasını tələb edirlər. İlk baxışdan haqlı görünür – dövlət yetkinlik yaşına qədər uşaqların qayğısına qalmalıdır. Ancaq məsələ bundadır ki, problem düzgün qoyulmayıb.
2006-cı il yanvarın 1-dək Azərbaycanda uşaqpulu verilirdi. Məbləği də yüksək deyildi. Ailədə adambaşına düşən gəlir 3,3 manatdan az olduqda uşaq doğulduğu andan 16 yaşına çatana qədər ayda 1,8 manat müavinət alırdı. 2006-cı ilin yanvarın 1-də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə mindi və aztəminatlı ailələrə ünvanlı yardımlar edilməyə başladı.
Rəsmi statistikaya görə, 2019-cu ilin 6 ayında 63 min 98 ailənin 260 722 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımı ödənilib. Bir ailəyə düşən orta aylıq yardım məbləği 199,15 manat olub və ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsinə 64 milyon manat xərclənib. Ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələlərin üzvlərinin yarıdan çoxu 18 yaşınadək uşaqlardır.
Ünvanlı sosial yardımların verilməsində təbii ki, ciddi qanun pzuntuları, korrpusiya və rüşvət halları olub. İndi də prosesin tam şəkildə şəffaf aparıldığını iddia etmək mümkün deyil. Ancaq bu faktdır ki, ünvanlı sosial yardımın verilməsi artıq elektronlaşmağa başlayıb. Şəffaflaşma prosesi tam başa çatarsa, kasıb ailələrin ünvanlı sosial yardımın əhatə dairəsinə problem olmayacaq. Təəssüf ki, bu problemlər hələ qalır. İctimai fəallar hökumətdən uşaqpulunu bərpa etməyi yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində prosesin tam şəffaflaşdırılmasını tələb etməlidir ki, yadımdan bütün aztəminatlı ailələr faydalana bilsin.
Ölkədə yoxsulluq həddi 5 faiz olduğundan yoxsul əhalinin sayı 500 min nəfərdir – ortalama 100-110 min ailə. Bu baxımdan ünvanlı sosial yardımın əhatə dairəsində olmayan daha 40-40 min ailə var. Təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin ailələrin də yardım alınmasını təmin etməlidir – problemin kökü budur.
Uşaq pulunun bərpası və istisnasız olaraq hamıya şamil edilməsi həm də sosial ədalətsizlikdir. Aylıq gəliri yüksək olan ailələrə niyə uşaqpulu verilməlidir? Məsələn, dövlət niyə 5 min maaş alan deputatın, rəsmi gəliri 1500-3000 olan hakimlərin, prokurorların, eləcə də iş adamlarının, yüksək maaşlı şəxslərin ailələrindəki uşaqlara pul verməlidir?
Əksinə, dövlət həmin ailələrdən yığıdığı vergilər hesabına aztəminatlı ailələrə yardım etməlidir. Bu həm də gəlirlərin yenidən bölüşdürülməsi deməkdir. Yoxsulluq krtiteriyalarına yenidən baxıla, yoxsulların əhatə dairəsi genişlənə bilər, bununla bağlı müzakirlər normaldır, ancaq hamıya uşaqpulu ödənilə biməz – bu anormal və ədalətsiz yanaşmadır.
"Doğumun yüksək olması səbəbindən ehtiyac yoxdur" deyən deputatların fikirlərini isə müszakirə etmək belə ayıbdır. Dövlət öz ərazisində doğulan hər bir uşağa sahib çıxmalıdır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!