İranda etirazçılar qana boğuldular - Zelenski .....                        Acunun yaxın adamı saxlanıldı .....                        Masazırda ev yandı - 1 nəfər öldü .....                        YAP Veteranlar Şurası toplaşdı - Mehdiyevin məsələsinə baxıldı? .....                        Qurban Qurbanovun 500-cü qələbəsi .....                        Kamçatkada güclü zəlzələ .....                        Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi .....                        Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                       
Tarix : 24-09-2019, 08:43
Bakı Ağ Şəhər layihəsi çərçivəsində Nizami Gəncəvi adına parkda abadlaşdırılma işləri aparılır

Paytaxtın Xətai rayonu, Nobel prospektində yerləşən, uzun illər şəhər sakinləri tərəfindən sevilmiş Nizami parkı xeyli müddətdir ki, baxımsız qaldığından yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar Bakı Ağ Şəhərin Baş planına uyğun olaraq bu parkın abadlaşması və genişlənməsi nəzərdə tutulmuşdur.
Hazırda Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən hazırda Nizami parkı ərazisində abadlıq işləri aparılır və gələcəkdə parkın şəhər sakinlərinin istifadəsinə veriləcəyi gözlənilir.
Nizami parkı Bakı Ağ Şəhər layihəsinin Park kvartalında yerləşir. Parkın qərbində artıq tikintisi tamamlanan “Knightsbridge Residence” kompleksi, şimalında isə dəniz səviyyəsindən 25 metr hündürlükdə olan 20-mərtəbəli yaşayış binaları yerləşir. Park kvartalında məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası və yeraltı avtodayanacaqlar, həmçinin müxtəlif bağ və istirahət guşələri, gəzinti xiyabanı, nəzərdə tutulub.
Hazırda burada investorlar tərəfindən tikinti işləri aparılır, infrastruktur və abadlıq işləri sona çatmaqdadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB və Delta Telekom tərəfindən yaşayış kvartalında avtomobil yolları, su təchizatı, kanalizasiya və yağış suları sistemləri, elektrik xətləri, qaz təminatı boruları və İT kanal sistemləri çəkilməsi tamamlanmaq üzrədir.
Orta və yüksək hündürlüklü yaşayış və digər binalarla layihələndirilmiş Park kvartalında sakinlərin rahatlığı və səmərəli istirahətləri üçün hərtərəfli şərait yaradılır. Bütün bunlar tezliklə Park kvartalını yaşayış üçün ən arzuolunan yerlərdən biri edəcək. Ümumilikdə kvartalın infrastruktur və abadlıq işlərinin ilin sonunadək yekunlaşması nəzərdə tutulur.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!