Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                        İran Hörmüz boğazını açdı .....                        Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular .....                       
Tarix : 26-11-2019, 14:28
AQTA “Məktəblilər üçün süd” pilot layihəsi çərçivəsində valideynlərlə ilk görüş keçirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlam qida məhsulları ilə təmin olunması istiqamətində silsilə tədbirləri davam etdirir. Butov.az-a verilən məlumata görə, agentlik tərəfindən 2019-2020-ci tədris ilindən etibarən təhsil, kənd təsərrüfatı və səhiyyə nazirlikləri ilə birgə “Məktəblilər üçün süd” pilot layihəsinə start veriləcək. Layihə çərçivəsində Sabunçu rayonu Pirşağı qəsəbəsi 305 nömrəli orta məktəb, Qaradağ rayonu, Qobu-1 yaşayış massivi 29 və 32 saylı məktəblərdə valideynlərlə görüş keçirilib.
Görüşdə AQTA əməkdaşları iştirakçılara layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatlar çatdırıblar. Pilot layihəyə hazırlıq məqsədilə keçirilən görüşdə AQTA əməkdaşları tərəfindən valideynlərə südün istehlak qaydaları və insan orqanizmi üçün faydaları barədə məlumat verilib.
Bildirilib ki, uşaqların fiziki və əqli cəhətdən normal inkişafını təmin edən vacib amillərdən biri də onların düzgün qidalanmasıdır. Qeyd olunub ki, gələcək nəsillərin sağlamlığının təmin edilməsi məqsədilə ölkəmizdə həyata keçiriləcək bu layihə ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək.
Sonda valideynlərin sualları cavablandırılıb və onlara övladlarının bu layihədə iştirakı ilə əlaqəli məlumatları özündə ehtiva edən vərəqələri təqdim olunub. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən layihədən öncə və sonra uşaqlardan qan nümunələri götürülərək qanda kalsium və D vitaminin miqdarının müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunması nəzərdə tutulub. Həmçinin südə həssaslığı olan şagirdlərin layihədən kənar tutulması məqsədilə laktozaya həsasslığın təyin edilməsi planlaşdırılıb.
Qeyd edək ki, “Məktəblilər üçün süd" pilot layihəsinin əsas məqsədi uşaqlara südiçmə vərdişini aşılamaq, vitamin və mineral çatışmazlığından yarana biləcək problemlərini sağlam qidalanma ilə aradan qaldırmaq, onları sağlam qidalanma ilə bağlı maarifləndirmək, eyni zamanda məktəbliləri təzə süd ilə təmin etməkdir.
AQTA “Məktəblilər üçün süd” pilot layihəsi çərçivəsində valideynlərlə ilk görüş keçirib
AQTA “Məktəblilər üçün süd” pilot layihəsi çərçivəsində valideynlərlə ilk görüş keçirib
AQTA “Məktəblilər üçün süd” pilot layihəsi çərçivəsində valideynlərlə ilk görüş keçirib


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!