Saleh Səmədovun həbs müddəti uzadıldı .....                        İstanbulda güclü yanğın .....                        Azərbaycan Prezidenti Orbanla nələrdən danışdı... - FOTO .....                        Dövlət əleyhinə çağırışlar edən şəxsə hökm oxundu .....                        Türkiyə metal sikkələrdən imtina edir? - Rəsmi .....                        İsrail Livana zərbələr endirdi .....                        Şavkat Mirziyoyev Qəbələdə səfərdədir - FOTO .....                        Bakıda narkoşəbəkə üzvləri saxlanıldı - VİDEO .....                        Tokayev Qəbələyə gəldi .....                       
Tarix : 31-08-2021, 10:36
Mingəçevirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat tədbiri keçiriblər.

Əməliyyat zamanı yaşadığı ünvanda narkotik vasitə gizlətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Qaçay Abduləzimov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən siqaret qutusunda narkotik vasitə olan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun evinə də baxış keçirilib və nəticədə həyətyanı sahədəki tikilidə saxladığı 470 qram qurudulmuş marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Polis əməkdaşları Q.Abduləzimovun yaşadığı ünvana baxış keçirilən zaman orada olan və onunla iş birliyi quran Səməd İsayev də narkotiklərin, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zaman həmin şəxsdə isə metamfetamin aşkarlanıb.

Polis şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı şəhər sakini Seymur Bayramov yaxalanıb. Onun üzərinə keçirilən baxış zamanı həmin şəxsdə 6 qramdan çox kustar üsulla hazırlanmış marixuana aşkarlanıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırma zamanı onun Kür çayı sahilindəki kolluq ərazidə də narkotik vasitə gizlətdiyi müəyyənləşdirilib. Həmin yerə baxış keçirilən zaman oradan sellofan torbada 455 qram qurudulmuş marixuana aşkar edilib və qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı şəhər polis şöbəsində cinayət işləri başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!