Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                        Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub .....                       
Tarix : 26-04-2022, 15:00
Bu rayonlarda erkən nikahlarla bağlı tədbir keçirildi

“Azəri Gənclər Alyansı” İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nikahlara yox!” adlı layihəsi sona çatır.

Butov.az
xəbər verir ki, İB-dən Axar.az-a verilən məlumata görə, layihədə məqsəd ölkəmizdə erkən nikahların daha çox müşahidə olunduğu sərhədyanı bölgələrdə - Lerik və Astara rayonlarının orta məktəblərində 11-15 yaşlı yeniyetmə qızlar və onların valideynləri üçün təlimlər təşkil etmək idi. Təlimlərdə hədəf eyni zamanda, yeniyetmə qızları və onları zorla ərə verməyə çalışan valideynləri erkən nikaha sövq etməkdən çəkindirmək və beləliklə də ölkəmizdə erkən nikah probleminin maariflənmə yolu ilə qismən də olsa azalmasına töhfə vermək olub.

Aprel ayının 22-si və 24-də Astara rayonunun Heydər Əliyev Mərkəzində layihə çərçivəsində reallaşan sonuncu 2 günlük tədbirdə 11-15 yaşlarında 30 nəfər yeniyetmə gənc qızlar üçün interaktiv üsullarla maarifləndirici təlimlər keçirilib və mövzu ətrafında iştirakçılarla ətraflı müzakirələr aparılıb. Daha sonra isə yeniyetmə gənc qızların valideynləri ilə ayrılıqda ekspert və psixoloqun iştirakı ilə ictimai dinləmələr həyata keçirilib.

Tədbirdə “Azəri Gənclər Alyansı” İctimai Birliyinin sədri Leyla Sadıqova dünyada geniş yayılan erkən nikahlar haqqında geniş məlumat verib və bu problemin həlli yolunun məhz yaxşı təhsil alaraq vətənə nümunəvi vətəndaş olmaqdan ibarət olduğunu bildirib.

Tədbirin sonunda iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanılıb.

Qeyd edək ki, layihə çərçivəsində “Biz erkən nikahlara yox deyirik!” adlı maarifləndirici sosial çarx hazırlanıb və yaxın günlərdə sosial media vasitəsilə ictimaiyyətə təqdim olunacaq.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!