İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 27-04-2022, 14:41
Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
2022-ci ilin birinci rübü ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçılar tərəfindən daxil olan 1 975 müraciətə baxılıb.

Butov.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sosial şəbəkədə paylaşım edib. Bu dövr ərzində təmin olunan müraciətlər üzrə istehlakçılara 118 638 manat qaytarılıb, 11 535 manat dəyərində dəymiş ziyan ödənilib.

Müraciətlərin xarakterinə baxdıqda onların arasında malların (xidmətlərin) qüsurlu və keyfiyyətsiz olmasına dair şikayətlər çoxluq təşkil edir. Bütün müraciətlərin 56 %-i malların qüsurlu və keyfiyyətsiz olmasına, 17 %-i istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılmasına, 3 %-i müqavilə şərtlərinin pozulmasına, 1 %-i ishehlakçılara zəruri və düzgün məlumatların verilməməsinə, 23 %-i isə digər istehlakçı hüquqlarının pozulmasına dair olub.

Qeyd olunub ki, 819 müraciət təmin olunub, 667 müraciətə dair izahat və tövsiyə verilib. Həmçinin, 296 müraciət üzrə araşdırmalar davam edir, 92 müraciət aidiyyəti orqana göndərilib, zəruri sənədlər təqdim edilmədiyi üçün 73 müraciətin baxılması dayandırılıb. 22 müraciətə dair ərizədə qeyd olunan faktlar aşkar edilməyib, 6 müraciətə dair aidiyyəti üzrə müraciət etmələri tövsiyyə olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!