Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 15-09-2015, 12:43
"Papanın gül balalarını" məktəbə gətirən avtomobillər qaydaları pozur


Sentyabrın 15-də səhər tezdən başlayaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM), Dövlət Yol Polisinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları bir sıra orta təhsil müəssisələrinin, xüsusilə yaxınlığında piyada keçidlərinin olduğu məktəblərin qarşısında birgə reydlər keçirilməsinə, əhali arasında yerindəcə maarifləndirmə işlərinin aparılmasına başlanıb.

Butov.az xəbər verir ki, bunu Trend-ə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Ş.Mehmanqızı qeyd edib ki, reyd zamanı bir sıra məktəblərin qarşısında sürücü və piydaların yol hərəkəti qaydalarının kütləvi şəkildə pozduqları müşahidə edilib:

“Reyd zamanı “papanın gül balalarını” məktəbə gətirən avtomobillərin ərazidə qanunsuz park etmələri müşahidə etdik. Məsələn, 132 saylı məktəbin qarşısında metronun “İçərişəhər” stansiyasının qarşısında yol polisi əməkdaşlarının ərazidə dəfələrlə xəbərdarlığına baxmayaraq, yolun hər iki tərəfi qanunsuz olaraq saxlanmış avtomobillərlə dolu idi. Yol polisləri də bort-kompüterlər vasitəsilə ucdantutma, kimliyindən asılı olmayaraq, sahibli-sahibsiz onların hamısını cərimələdilər. Lakin təəssüf ki, cərimə olunmalarına baxmayaraq, yenə də sürücülər qanunsuz park etməkdə davam edirdi. Görünür, belə sürücülərə qarşı daha təsirli cəza tədbirləri görülməlidir”.

NİİM-in sözüçüsü bildirib ki, gələn həftədən etibarən məktəblərdə şagirdlərə ictimai nəqliyyatdan və piyada keçidindən istifadə qaydaları ilə bağlı hamının anlaya biləcəyi üslübda hazırlanmış braşürlər paylanacaq və bu işlər davamlı olacaq: “Bu gün məktəbə gələn valideyn və şagirdlər piyada keçidi olduğu halda birbaşa yolun hərəkət hissəsi ilə keçib təhlükəli vəziyyət yaradırdılar. Kim yolu qaydasız keçirdisə, onlara nəzakətlə yaxınlaşıb deyirdik ki, burada piyada keçidi var və əgər siz keçə bilmirsizsə, gəlin biz sizi keçirdək. Onlar heç cərimə də olunmurdu. Qaça-qaça yolu keçən məktəblilərə yaxınlaşıb onlara qaydaları izah edirdik. Məqsədimiz ilk növbədə əhalini maarifləndirməkdir. Biz belə reydlərin və tədbirlərin sayını getdikcə artıracağıq”.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!