Ermənistan və Azərbaycan sərhədçiləri dəbilqə və zirehli jiletləri çıxarıb - Paşinyan .....                        35 yaşında çempion oldu .....                        ABŞ-də Azərbaycan pasportu daşıyan erməni tutuldu - Bakıya deportasiya ediləcək .....                        Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi .....                        Ukrayna artıq boş vədlərə inanmır .....                        "Qarabağ" heç-heçə etdi .....                        “Boz qurd”am və belə də öləcəm! - Bağçalı .....                        Oğurladığı mopedi satmaq istədi, polis yaxaladı .....                        Bakıda tarixi abidəyə zərər vuruldu .....                       
Tarix : 5-10-2015, 14:08
8656 nəfər müəllim ixtisasını seçib


Bu gün Təhsil Nazirliyində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş mətbuat konfransı keçirilib. Butov.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, tədbirdə müəllimlərin işə qəbul nəticələri, diaqnostik qiymətləndirmənin keçirilməsi və bir çox məsələlər müzakirə olunub.

Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov müəllimləri təbrik edib və müəllim ixtisasını seçən 300nəfərin “Gələcəyin müəllimi” təqaüdü alacağını bildirib. C. Valehovun sözlərinə görə, bu il 3462 vakant yerə 24 min sənəd verilib, onlardan 19 mini müsabiqədə iştirak edib: “Müsabiqədə iştirak edən 2618 şəxs müəllim kimi fəaliyyətə başlayacaq. Bundan başqa, qəbul imtahanında iştirak edən abituriyentlərdən 8656 nəfər müəllim ixtisasını seçib. Onlardan 1269 nəfəri 500 və 500-dən artıq bal toplayıb. Bu da ötən illərə nisbətdə yüksək rəqəmdir, yəni 5% çoxdur”.

Daha sonra çıxış edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bu il dioqnostik qiymətləndirmə keçirələcək şəhərlərin adını açıqlayıb. Bu şəhərlər Gəncə, Sumqayıt, Abşeron, Masallı, Şirvan, Xaçmaz, Çəlilabad, Saatlı, Qubadlı, Sabirabad və Hacıqabuldur.

Məktəblərdə iş dəftərlərinin və məktəbə hazırlıq kurslarının vacibliyi ilə bağlı media nümayəndəsinin sualını cavablandıran Nazirliyin şöbə müdiri Aydın Əhmədov bildirib ki, bu iki mövzuda heç bir məcburiyyət yoxdur: "Biz bu haqda tez-tez izahat veririk, iş dəfrərləri ilə bağlı hər hansı bir məcburiyyət yoxdur. Birinci sinif istisna olmaqla heç bir məktəbdə elə bir məcburiyyət ola bilməz. Məktəbə hazırlıq kurslarına gəldikdə isə, bu mövzuda da hər hansı bir məcburiyyət olmasa da, keçən il 88 məktəbdə hazırlıq kursu açılıb və müsbət nəticələnib. Ancaq qəti bir məcburiyyətdən söz gedə bilməz. Bəzi valideynlər bunu yanlış anlayır və uşaqlarını hansısa müəllim yanına qoyur. Sonra da hərfləri öyrənən, proqramı bilən uşaq üçün dərs darıxdırıcı olur, fikri yayınır. Məktəbə hazırlıq sadəcə uşağı məktəb mühitinə uyğunlaşdırmağa dəlalət edir. Ona görə də, məktəbə hazırlıq bir çox ölkədə məcburidir. Bu vaxt hökmən 1 il olacaq deyə bir şey yoxdur, 5 ay da ola bilər, 6 ay da”.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!