İrana hücum üçün hər şey hazırdır – XƏRİTƏ YAYILDI .....                        Audiovizual Şuranın iclası keçirilib, iki yeni lisenziya verilib .....                        Təbrik edirik .....                        Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb .....                        Paşinyan alternativ marşurutların olmasından narahatdır .....                        Salyanda "üstü bəzək, altı təzək" olan körpü .....                        Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib .....                       
Tarix : 21-06-2016, 16:11
Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya gətirilir


Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya gətirilir.

Butov.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, körpə Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdiriləcək.

Ölən iki körpənin meyitlərinin də müayinə üçün Bakıya yola salındığı bildirilib.

Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.

Valideynləri doğuşdan sonra kuvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər.

Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov isə APA-ya bildirib ki, uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, uşaqlar hamiləliyin 31-ci həftəsində, yəni vaxtından əvvəl dünyaya gəlib. Ölən körpələrin çəkisi 1,1 və 1,305 kiloqram olub. Körpələrin doğuşdan 30 dəqiqə sonra öldüyü bildirilib. Sağ qalan körpənin çəkisi isə 1,250 kiloqramdır.

Səhiyyə Nazirliyi də Salyanda doğulan üçəmlərdən ikisinin ölümü faktına münasibət bildirib. Doğuşun hamiləliyin 31-ci həftəsində baş verdiyi, uşaqların çəkisinin çox az olduğu açıqlanıb. Küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatlara gəlincə, nazirlikdən bunun əsassız olduğu bildirilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!