Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq" .....                        6 il əvvəl yanan "Diqlas"ın yerinə nə tikilir? .....                        "Əsirlikdən qayıdanların birinin başına "kislota" vurmuşdular" - MƏHKƏMƏ .....                        Rusiya-Ukrayna danışıqları sabah keçiriləcək .....                        Dənizdə boğulduğu ehtimal edilirdi - 7 ay sonra sağ tapıldı .....                        Zelenskidən danışıqlarla bağlı yeni format .....                        Marko Rubio Türkiyədə .....                        Zelenski Ərdoğanla bağlı paylaşım etdi .....                        İlham Əliyev Albaniyaya getdi - FOTO .....                       
Tarix : 27-06-2016, 11:19
Ayaqları amputasiya olunan 87 yaşlı qadın palataya köçürülür


Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı kəsilən, sonradan yenidən sol ayağı əməliyyat olunan Məmmədova Tərlan Həsən qızının vəziyyəti orta ağırdır.

Butov.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski APA-ya açıqlamasında bildirib ki, xəstə bir az özünə gəlib, yaraları təmizdir. Xəstənin sağalması üçün uzun müddət lazım olduğunu deyən A.Şəmsəddinskinin sözlərinə görə, T. Məmmədova sabah palataya köçürüləcək: “Xəstə bayram günlərində reanimasiyada saxlanılıb. Vəziyyəti yavaş-yavaş düzələn xəstə sabah palataya yerləşdiriləcək”.

Mərkəzin direktoru əlavə edib ki, hadisə barədə ekspertizanın rəyi bir neçə günə məlum olacaq. Bu prosesin ən azı bir həftə çəkəcəyini deyən A.Şəmsəddinskinin sözlərinə görə, Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar yaradılan xüsusi komissiyada hazırlanacaq ekspertizanın nəticəsi üçün bir neçə mütəxəssis rəy verməlidir.

Qeyd edək ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib. Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!