Azərbaycana keçən ermənilər geri qaytarıldı .....                        Erməni əsgəri ildırım vurub öldürdü .....                        Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı .....                        Şahramanyan yenə dindirildi .....                        Şahramanyan yenə dindirildi .....                        Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş .....                        Tovuzda ailə münaqişəsi: 1 ölü, 1 yaralı .....                        Patriarx Lukaşenkonu təltif edib .....                        Səfirimiz Britaniyada lobbiçilərin cavabını verdi .....                       
Tarix : 26-12-2016, 20:23
Tomat niyə acı dadır? - “Azərsun”dan açıqlama

Bir neçə gün əvvəl bir müştəri “Azərsun” istehsalı olan “Final” tomat pastalarının keyfiyyətsiz olması barədə sayta şikayət ünvanlayıb.

Butov.az xəbər verir ki, müştəri Teleqraf.com-a bildirib ki, 15 gün əvvəl marketdən “Azərsun”-un “Final” tomatı alıb və pasta yeməyin tərkibinə acılıq verib: “Hər dəfə yeməyə qatan zaman yeməkdə tomat pastasının acı dadı hiss olundu”.

Məsələ ilə bağlı “Azərsun Holdinq” ilə əlaqə saxladıq.

Holdinqin marketinq şöbəsinin əməkdaşı Sara Rzayeva deyir ki, hər məhsulun etiketinin üzərində nömrələr yazılıb və insanlar bu cür faktlarla qarşılaşan zaman həmin nömrələrə zəng edə bilərlər: “Bu vaxta kimi holdinqin tomatları barədə bizə heç bir şikayət gəlməyib. Tomat pastalarının tərkibi yalnız pomidor və duzdan ibarətdir”.

Marketinq şöbəsinin əməkdaşı tomat məhsulunun keyfiyyətini yoxlamağın yolunu da izah edib: “Məhsulu alan zaman mütləq onun qapağına fikir vermək lazımdır. Məhsulların qapağı şişmiş halda olursa və qapağın üzərinə toxunduqda səs gəlirsə, demək, o, xarabdır. Məhsul xarabdırsa təbii ki, aci dadi hiss olunacaq. İnsanlar qapağı şişmiş halda olan heç bir məhsulu almasınlar. Aldıqları tomat pastasının qapağını açmadıqda marketdən tələb etsinlər ki, məhsul geri qaytarılsın”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, istənilən konsverləşdirilmiş məhsulların yaralılıq müddətini artırmaq üçün maddə vurulur: “Səbəb məhsulların tez kiflənməməsini önləməkdir. Bəzən həmin maddə normadan artıq vurulur və tomat pastalarında acılıq hiss olunur. Xüsusi ilə xaricidən gətirilən tomat pastalarında bu hallarla rastlaşmaq olur”.

Eyyub Hüseynov qeyd edib ki, “Qida təhülkəsizliyi haqqında” qanun olmadığı üçün məhsulların keyfiyyətsizliyi barədə məlumatlar tam aşkara çıxmır: “Təəssüf ki, ölkədə belə bir qanun qəbul edilməyib. Qanun olmayan yerdə cinayət baş verir. Avropa İttifaqı bu durumdan narahatdır. Bu qanun olmadıqca keyfiyyətsiz məhsullar da çox olacaq”.


Paylaş



Bölmə: Sosial / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!