Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                        Avtovağzalın qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU .....                        Kamran Əsədov hakimdən xahiş etdi - Məhkəmə təmin etmədi .....                        Daha bir mətbuat katibi medalla təltif olunub .....                        Kim Çen In 13 yaşlı qızını varisi təyin edib .....                        Ukraynada 20 deputat zəhərləndi .....                        Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək .....                        Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır .....                       
Tarix : 19-01-2017, 19:27
Mətbuat Şurası Hacıbala Abutalıbovun jurnalistlərlə bağlı fikrinə cavab verdi

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun jurnalistlərlə bağlı səsləndirdiyi qalmaqallı fikirlərə münasibət bildirib

Butov.az xəbər verir ki, M.Ələsgərli Ölkə.Az-a açıqlamasında deyib ki, əslində jurnalistin işi yazmaqdır:

“Jurnalist, harada problem varsa, onu yazmalıdır. Əslində bu özü də böyük köməkdir. Jurnalistlər bunu yazmasalar, bu problemlər bilinməz və onun həllinə nail olmaq olmaz. Amma burada bir məsələ də var. Hacıbala müəllim karyerası boyu daimi zarafatları ilə yadda qalır. Biz Hacıbala müəllimin jurnalistikanın nə olması barədə anlayışı olmadığını düşünmürük. O, bunu düşünülmüş şəkildə deyir. Sadəcə hesab edirik ki, onun dedikləri zarafatdır və onun karyerasında bu cür hallar tez-tez olur”.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov növbəti dəfə qeyri-adi açıqlama ilə gündəmə gəlib. Bakı meri ATV-nin “Son xəbər” proqramına müsahibəsində Nərimanov rayonunda aparılacaq abadlıq işlərindən danışarkən KİV nümayəndələrinə qarşı növbəti qərəzli münasibət ortaya qoyub. Belə ki, Bakının Binəqədi və Zabrat qəsəbələrini yağış yağması nəticəsində su basdığını xatırladan H.Abutalıbov jurnalistləri qurutma işlərinə mane olmaqda qınayıb:

“Gedib o gölməçələri videoya çəkməkdənsə, yaxşı olardı jurnalistlər arx açardı ki, su axıb getsin”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!