Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 22-02-2017, 19:31
Vergi orqanlarına 585 müraciət

Fevralın 22-də Vergilər Nazilriyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində nazirliyin rəhbər vəzifəli şəxslərinin şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri (partnyor ödəyicilər) ilə görüşü keçirilib.

Butov.az
"Qafqazinfo"-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, Prezident İlham Əliyevin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməl­etmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur. Bildirilib ki, bu istiqamətdə görülən işlər çərçivəsində 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi, vergi inzibatçılığının təkmilləşdirilməsi və təşkilati struktur dəyişikliklərinin aparılması mühüm addımlar hesab edilə bilər.

Tədbirdə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədləri və istiqamətləri, struktur dəyişiklikəri, vergi ödəyicilərinə göstərilən xidmətlər və s. barədə görüş iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, məqsəd sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf uçotun qurulmasıdır.

Görüş iştirakçılarına vergi ödəyicilərinə xidmət sahəsində görülmüş işlər, ünvanlı vergi xidmətləri barədə də məlumat verilib.

Sonra görüş iştirakçıları üçün “Şəffaf vergi partnyoluğu layihəsi və onun üstünlükləri” mövzusunda təqdimat keçirilib. Bilirilib ki, “Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə işlərin təşkili Qaydaları“ vergi ödəyicilərinin müəyyən edilməsi meyarları, onlara göstəriləcək xidmətləri və digər məsələlər üzrə prosedurları tənzimləyir. Vergi ödəyiciləri “Partnyor vergi ödəyicisi statusu”na malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər, ilk növbədə, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu günə qədər partnyor vergi ödəyicisi statusunu əldə etmək üçün vergi orqanlarına 585 müraciət daxil olub. Müvafiq araşdırmalar aparıldıqdan sonra 443 vergi ödəyicisinin müraciəti müsbət həll olunub ki, onlardan da 194-ü Bakı şəhərində fəaliyyət göstərir.
Sonra bir qrup vergi ödəyicisinə partnyor vergi ödəyicisi statusunu təsdiqləyən bildirişlər təqdim edilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!