Seldə daha bir nəfərin meyiti tapıldı .....                        NATO XİN başçılarının iclası Türkiyədə keçiriləcək .....                        Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan .....                        Vətəndaşların təxliyə işləri yekunlaşdı - FOTO .....                        Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək .....                        Minsk Qrupu aktuallığını itirdi, ləğv olunmalıdır! – Mariya Zaxarova .....                        İlkin hərbi qeydiyyatdan boyun qaçıranlar cərimələnəcək .....                        Prezident iki yeni nazir müavini təyin etdi .....                        Daha bir nəfər selin qurbanı oldu - FOTO .....                       
Tarix : 7-04-2017, 18:52
DİM: “İmtahanların ödənişli olması ərizə verənlərin sayını azaldıb”

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Butov.az xəbər verir ki, DİM-dən Teleqraf.com-a verilən məlumata görə, iclasda ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına və rezidenturaya, ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu, dövlət qulluğuna qəbulla bağlı mövcud vəziyyət və digər cari məsələlər müzakirə olunub.

Daha sonra Şura üzvlərinə magistratura və rezidenturaya ərizə qəbulunun başa çatması, ötən illə müqayisədə magistraturaya ərizə verənlərin sayının nisbətən azalması haqqında məlumat verilib. Rezidenturaya qəbul olmaq üçün müraciət edənlərin
sayı isə cüzi azalıb.

İclas iştirakçılarının diqqətinə 2016-cı və 2017-ci illərdə ərizə vermiş namizədlər barədə müqayisəli statistik məlumatlar təqdim olunub. Şura üzvləri məsələ ətrafında müzakirə apararkən qeyd ediblər ki, şübhəsiz, imtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olan amillərdən biridir. Eyni zamanda bildirilib ki, əvvəllər imtahanda iştirak üçün tələb olunan məbləğ (2 manat) simvolik idi, buna görə də namizədlərin müəyyən hissəsi hazırlıqlı olmasa belə, qeydiyyatdan keçirdi və ya qeydiyyatdan keçib imtahana gəlmirdilər.

Ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 1695 nəfəri imtahana gəlməyib. İmtahanın ikinci mərhələsində isə tələb olunan müsabiqə şərtlərini ödəyən və imtahanda iştirak etmək hüququ olanların sayı 9061 nəfər olub.
Onlardan da 432 nəfəri imtahanın ikinci mərhələsinə gəlməyib. Beləliklə, ötən il qeydiyyatdan keçmiş 24110 bakalavrdan cəmi 8629 nəfəri imtahanın ikinci mərhələsində iştirak edib.

Qeyd olunanlara əsasən, bu il daha bilikli, öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün aydın məqsədi və istəyi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və bu, qeydiyyatdan keçənlərin sayının ötən ilə nisbətən az olmasını şərtləndirən əsas amillərdəndir.

Magistraturaya qəbul olan oğlanlara təhsil müddətində hərbi möhlət hüququnun verilməsi amili bu il magistraturaya ərizə verənlərin arasında oğlanların sayının (faiz nisbətində) çoxalmasına səbəb olduğu vurğulanıb.

Dövlət qulluğuna qəbulla əlaqədar mövcud vəziyyət barədə bildirilib ki, dövlət qulluğu sahəsində müəyyən normativ-hüquqi aktların təsdiqi bizdən asılı olmayan səbəblərdən gecikir. Ona görə də, dövlət orqanlarından mütamadi olaraq vakansiyalar barədə məlumatlar daxil olmasına baxmayaraq dövlət qulluğuna qəbul prosedurlarını lahiyələndirmək və həyata keçirmək hələlik mümkün deyil.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!