Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut - VİDEO .....                        Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV .....                        1151 taksi sürücüsü DİM-in imtahanından keçdi .....                        Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR! .....                        TƏBRİK EDİRİK! .....                        Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı .....                        Metroda doğulan uşağa bu ad veriləcək .....                        Bakı-Qazax yolu təmir olunur .....                        Samir Şərifov qırğız həmkarı ilə görüşdü .....                       
Tarix : 21-06-2017, 19:23
Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini iyunun 21-də saat 18:45-dən etibarən Mərkəzin internet saytında yerləşdirib.

Butov.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Mərkəzin internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 8189 bakalavrdan 6233 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 2352 nəfərini dövlət sifarişi, 3881 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 3906 nəfəri ali təhsil müəssisələrinin cari, 2327 nəfəri isə əvvəlki illərin məzunudur.
Bundan əlavə, 2 bakalavr idman sahəsi üzrə, 4 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar 2017-ci il iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!