Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 16-10-2020, 14:31
Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində sualları cavablandırıb
Oktyabrın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, brifinqdə iştirak edən Təhsil naziri Emin Əmrullayev erməni təcavüzü nəticəsində zərər dəymiş təhsil müəssisələri, həlak olan və yaralanan məktəblilər barədə danışıb. Təhsil naziri bildirib ki, bu səbəbdən cəbhə bölgəsində yerləşən 1221 təhsil müəssisəsinin dərs cədvəllərində dəyişiklik edilib. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 3 şagird həlak olub, 15 şagird xəsarət alıb, eləcə də 40-dək təhsil müəssisəsi müxtəlif dağıntılara məruz qalıb. Nazir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qələbəsinə və bu günün uzaqda olmadığına inamını ifadə edib.
Emin Əmrullayev koronavirusla bağlı məktəblərdə vəziyyətə toxunub və nazirlik tərəfindən gündəlik olaraq ictimaiyyətə məlumat verildiyini bir daha xatırladıb. Təhsil müəssisələrinin kontingentinin çoxsaylı olması və bunun nəticəsində yoluxma ehtimalının arta biləcəyini deyən Təhsil naziri qeyd edib ki, buna görə də Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, oktyabrın 19-dan noyabrın 2-dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Qərara əsasən, qeyd edilən dövr ərzində ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılır.
Daha sonra çıxış edən TƏBİB-in departament direktoru Yaqut Qarayeva ölkədə koronavirusa yoluxma barədə məlumat verib və bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, müəyyən addımlar atılır, lokal qapanmalar həyata keçirilir.



Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!