Aprel döyüşlərində Azərbaycana vurulan ziyan açıqlandı .....                        Bakıdakı ermənilərin növbəti məhkəməsində yeni faktlar açıqlandı .....                        Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər .....                        "Qarabağ" "Səbail"i darmadağın etdi .....                        BMT əməkdaşı öldürüldü .....                        Tağıyevin nəticəsi illər sonra üzə çıxdı .....                        İstanbulda qara görə dərslər dayandırıldı .....                        Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur! .....                        Türkiyə Suriyaya qadağanı ləğv etdi .....                       
Tarix : 15-01-2021, 10:31
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib

Dövlət Sərhəd Xidməti 2021/2022-ci tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə, 2020/2021-ci tədris ili üzrə VI, VII, VIII və IX siniflərə şagirdlərin qəbulunu elan edib.

Butov.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2021-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, VI, VII, VIII və IX siniflərə keçiriləcək qəbul imtahanlarında qəbul aparılan ildə ümumi təhsil pilləsinin həmin (müvafiq) sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

İmtahanlarda iştirak etmək istəyən namizədlər 2021-ci ilin 15 yanvar – 28 fevral tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 30 AZN əlavə etməlidirlər. Sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilmiş keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

DİM-in saytında "Şəxsi kabinet" yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.

Qəbul imtahanları DİM tərəfindən test üsulu ilə keçiriləcəkdir. İmtahanlar 2021-ci ilin mart ayında Bakı şəhərində keçiriləcək. İmtahanların keçirilmə tarixi və yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaqdır.

İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!