Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
Tarix : 9-03-2021, 11:52
Ombudsman DİM-ə müraciət etdi - “Qəbul imtahanları yumşaldılsın

Orta məktəblərdə tədris prosesinin düzgün təşkil edilməməsi, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri qanunla müəyyən edilmiş qaydada icra etməməsi nəticəsində baş vermiş narazılıqlar şikayətlərə səbəb olub.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib. Qeyd edilib ki, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə dərslərin onlayn qaydada keçirilməsi zamanı dövlət uşaq müəssisələrində yaşayan uşaqların təhsil hüququnun təmin edilməsində çətinliklər müşahidə olunub.

Bakı şəhərində yerləşən 1, 2 və 3 saylı uşaq evlərində və Şəki Qarışıq Tipli Uşaq Evində uşaqların dərslərini əsasən “Mədəniyyət” kanalında yayımlanan teledərslər vasitəsilə davam etdirdikləri, onlayn dərslərə qoşulmaq üçün zəruri texniki imkanların olmadığı müşahidə edilib. Belə ki, bu müəssisələrdəki kompüter sayı uşaqların sayı ilə uyğunluq təşkil etmədiyi üçün uşaqların növbəli şəkildə dərslərə qoşula bildiyi müəyyən edilib. Mövcud kompüterlərin texniki imkanlarının, habelə internetin sürətinin zəif olması, bəzilərində kamera və qulaqcıqların olmaması çətinliklərə səbəb olub.

Başçəkmə həyata keçirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində də analoji problemlərin olduğu, uşaqların bu səbəbdən dərslərdən yayındığı müəyyən edilib.

Bir qrup abituriyent Ombudsmana müraciət edərək, koronavirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması və evlərdə internet olmaması səbəbindən onlayn dərslərə qoşulmaqda və imtahana normal hazırlıqda problemlər yarandığını, nəticədə bütün bu və ya digər səbəblərdən yüksək bal toplaya bilmədiklərini, eyni zamanda imtahan tarixlərinin dəyişdirilməsinin bir çox abituriyentlərin müsabiqə şərtlərinin tələblərini qismən də olsa ödəməməsinə səbəb olduğunu, müsabiqə şərtlərinin yumşaldılması ilə bağlı bir sıra abituriyentlərin Dövlət İmtahan Mərkəzinə müraciət etdiklərini bildirib, yaranmış vəziyyəti nəzərə alaraq onlara köməklik göstərilməsini xahiş ediblər.

Qeyd olunanları nəzərə alaraq, Ombudsman problemin həllinə dəstək verilməsi məqsədi ilə Dövlət İmtahan Mərkəzinə müraciət edib.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!