Qarabağdakı erməni sakinlərin nümayəndələriylə növbəti görüş keçirildi .....                        Sahibə Qafarova Fransanın qərəzli mövqeyini pislədi .....                        Müdafiə naziri MDB-nin iclasında iştirak etdi .....                        "Şərurun səsi" qəzetinin baş redaktoru vəfat etdi .....                        Ermənistanın Azərbaycana təhvil verdiyi silahların siyahısı açıqlandı .....                        XİN Başçısı Putinin müşaviri ilə görüşdü .....                        DSX erməni generalı “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanıldı .....                        Türkiyə ilə Azərbaycan birgə layihələrin icrası üzrə yol xəritəsi imzaladı .....                        Putin orduya payız çağırışı haqqında fərman imzaladı .....                       
Tarix : 23-07-2022, 14:41
Azərbaycanın hərb tarixi haqqında növbəti kitab çapdan çıxıb

Azərbaycanın hərb tarixi haqqında növbəti kitab çapdan çıxıb

“Azərbaycanın hərb tarixi. IV hissə (XVIII və XIX əsrin əvvəlində müharibələr və Azərbaycanın hərb sənəti)” kitabı çapdan çıxıb. Nəşrin müəllifi tarix üzrə fəlsəfə doktoru Nərminə Əmirbəyovadır (Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu). Kitab Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda hazırlanıb.
Layihənin rəhbəri və kitabın elmi redaktoru Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, “Dərbənd” xeyriyyə ictimai birliyinin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyev, redaktoru tarix üzrə fəlsəfə doktoru İradə Məmmədova (A.A.Bakıxanov adına Tarix İnstitutu), rəyçilər tarix elmləri doktoru, professor Tofiq Mustafazadə (A.A.Bakıxanov adına Tarix İnstitutu) və tarix üzrə fəlsəfə doktoru Ramil Niftəliyevdir (A.A.Bakıxanov adına Tarix İnstitutu).
XVIII əsrin sonu – XIX əsrin əvvəli Azərbaycanın hərb tarixində mühüm dövr olub. XVIII əsrin ortalarında müstəqil dövlətlər kimi inkişaf etməyə başlamış Azərbaycan xanlıqları yenidən həmhüdud ölkələrin – İran, Türkiyə və Rusiyanın maraq mərkəzinə düşüblər. Azərbaycan öz siyasi, iqtisadi və geostrateji əhəmiyyətinə görə bu ölkələri həmişə cəlb edirdi. Cənubi Qafqazda qanlı mübarizədən sonra Azərbaycan şimal və cənub ərazilərinə bölündü.
Kitabın dördüncü hissəsində bu mürəkkəb dövrdə Azərbaycan ərazisində baş vermiş əsas hərbi-tarixi hadisələr çoxsaylı ilkin mənbələrin və ədəbiyyatın təhlili əsasında kompleks şəkildə işıqlandırılıb.
Müəllif oxucuları göstərilən dövrdə Azərbaycanın hərbi-siyasi tarixi ilə tanış edir, müharibələr və savaşlar haqqında, hərb sənətinin, silahların və hərbi texnikanın inkişafı, döyüş əməliyyatlarının aparılması metodları, hərbi-fortifikasiya qurğularının inşası və başqa məsələlər barədə söhbət açır. Təqdim edilən işdə XVIII və XIX əsrin əvvəlində hərbi işlə Azərbaycanın siyasəti, iqtisadiyyatı və mədəniyyəti arasında əlaqə izlənilir.
Kitab tarix məsələləri ilə məşğul olan alim və mütəxəssislər, doktorant və adyunktlar, ali məktəblərin müəllimləri və tələbələri, respublikanın xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Həm elmi, həm də tərbiyəvi baxımdan böyük əhəmiyyət kəsb edən bu kitabda böyüməkdə olan nəslin vətənpərvərlik və öz Vətəninə görə qürur ruhunda tərbiyə edilməsi üçün çoxlu nümunələr verilir.
Qarabağda Vətən müharibəsində Zəfər qazanan Azərbaycan gəncləri dövlətimizin ərazi bütövlüyünü bərpa edərək öz xalqının döyüş ənənələrinə sadiqliyini növbəti dəfə nümayiş etdirib, mərdlik, dözümlülük, hərbi peşəkarlıq və döyüş ustalığı nümunələri göstərib.



Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!