İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 5-08-2022, 08:24
100 yaşlı məktəb

100 yaşlı məktəb

Dağlar diyarı Lerik rayonunun qabaqcıl təhsil ocağı sayılan Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbinin 100 yaşı tamam oldu. Bu münasibətlə məktəbdə yubiley tədbiri keçirildi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun, Milli Məclisin deputatı İqbal Məmmədovun, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovun, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbaninin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, təhsil işçilərinin, şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının, məktəbin məzunları və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin, məktəbin vəfat etmiş müəllim və məzunlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlandı.
100 yaşlı təhsil müəssisəsinin tarixindən, ötən dövrdə əldə edilmiş uğurlardan danışan məktəbin direktoru Eltay Almasov dedi:
- Məktəbimizin 100 illik yubiley tədbirinə gələnləri ürəkdən salamlayıram. Məlumunuz olsun ki, məktəbin indiyədək 3400-dən çox məzunundan 500-ə yaxını Azərbaycan Respublikasında, 220 nəfərə qədəri müxtəlif xarici ölkələrdə ali təhsil müəssisələrini bitirmiş, 120-dən artıq məzun orta ixtisas təhsili almışdır. Məzunlar arasında elmin müxtəlif sahələri üzrə 6 elmlər doktoru, 25 nəfərdən çox elmlər namizədi, aspirant, dissertant və magistrlər, yüzlərlə müəllim, 30 nəfərdən çox həkim, onlarla hüquqşünas, jurnalistlər, mühəndislər, iqtisadçılar, hərbçilər, tanınmış incəsənət xadimləri, yazıçı və şairlər, naşirlər, kənd təsərrüfatı mütəxəssisləri var. Həm də təhsil ocağının dörd məzunu Birinci Qarabağ, ikisi Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmişdir.

Tədbirdə Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Milli Məclisin deputatı İqbal Məmmədov, Maliyyə Nazirliyinin əməkdaşı Məzahir Ağazadə, məktəbin məzunu, naşir Akif Dənzizadə və digərləri çıxış edərək əlamətdar yubiley münasibətilə təbriklərini çatdırdılar , eyni zamanda tarixinə nəzər salaraq bu təhsil müəssisəsinin zəngin ənənələrə malik olduğunu, bundan sonra da uğurlarının davamlı olacağına əminliklərini söylədilər.
Əkbər Abbasov 100 illik yubileyi münasibətilə təhsil müəssisəsinin pedaqoji kollektivini, məzunları, kənd ictimaiyyətini təbrikdən sonra bildirdi:
- Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbi əldə etdiyi uğurlara görə rayonun təhsil müəssisələri arasında seçilir. Məzunları arasında yüksək nailiyyətlər əldə etmiş yüzlərlə ziyalının yer alması qürur vericidir. Azərbaycan dövlətinin həmişə təhsil sahəsinə xüsusi qayğısı olub. Prezident İlham Əliyev təhsil sahəsində mühüm tədbirlər həyata keçirməklə , ölkəmizdə təhsil islahatlarını uğurla aparır.
Bəli, inanmaq olar ki, məktəbin indiki şagirdləri gələcəkdə savadlı, bilikli, bacarıqlı, vətənpərvər gənc kadrlar kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.
Yubiley tədbirində rayonun ictimai həyatında fərqlənən məzunlardan Lerik Rayon İcra Hakimiyyətinin Fəxri fərmanına layiq görünələr də oldu.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Paylaş



Bölmə: Təhsil / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!