Tanınmış tarixçi yeni vəzifəyə təyin edildi .....                        Əməkdar artistlərin oğlu teatra rəhbər gətirildi .....                        Brilliyant Dadaşovanın yoldaşına yüksək vəzifə verildi .....                        Həmyerlimiz Ermənistanı qarış-qarış gəzir .....                        Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                       
Tarix : 17-08-2017, 11:29
“Sabun köpüyü kimi şişmiş ekspertlər” özlərini reklam edir - DİM


Hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi davam edir. İxtisas seçimi elektron qaydada internet vasitəsilə aparılır və avqustun 20-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını seçib “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməklə onu təsdiqləməlidirlər.

"Abituriyentlər bu zaman diqqətli olmalı və yalnız gələcəkdə təhsil almağı planlaşdırdıqları ixtisası və ya ixtisasları istəklərinin azalması ardıcıllığı ilə ərizələrinə daxil etməlidirlər. Elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası çox sadədir və sizin özünüz tərəfindən yerinə yetirilməlidir.

Təəssüf ki, sosial şəbəkələrdə DİM-in abituriyentlərə kömək məqsədi ilə nəşr etdiyi müxtəlif materialları öz səhifələrində paylaşmaqla, Mərkəzin adından süni şəkildə istifadə edən “sabun köpüyü kimi şişmiş ekspertlər” özlərini reklam edir və elə təəssürat yaratmağa çalışırlar ki, sanki onlar əlavə bir informasiyaya malikdirlər. Həmin şəxslər ixtisas seçiminin həyata keçirilməsi üçün abituriyentlərə müxtəlif çağırışlar edirlər. Bu insanların toruna düşmüş abituriyentlər sonradan seçimlərinin dəyişdirilməsi ilə bağlı DİM-ə müraciətlər edirlər. Çünki bu iş həmin “ekspert”lər tərəfindən abituriyentin və onun valideynlərinin fikri nəzərə alınmadan “tələm-tələsik”, “yola vermək” və yalnız müəyyən maddi məqsədlərlə edilir".

DİM abituriyentləri məsuliyyətli və diqqətli olmağa çağırır: "Ali təhsil müəssisələrinin boş qalan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8 saylı, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları isə jurnalın 5 saylı buraxılışında dərc olunub. Jurnallarda, həmçinin müsabiqə şərtləri və ərizənin doldurulma qaydası ilə bağlı məlumatlar yer alıb. Bundan əlavə, səhifəmizdə və saytımızda ərizənin doldurulma qaydası ilə bağlı video-təlimat da yerləşdirilib".


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!