Britaniyadan razı qalmadım - Tramp .....                        Torpaq çərşənbəniz mübarək! .....                        İrandakı müharibə nə vaxt başa çatacaq? .....                        İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik! .....                        Bakı metrosunda YENİ QADAĞA .....                        Avropa Birliyi Ermənistana xüsusi qrup göndərir - Rusiyaya qarşı .....                        İranda öldürülən növbəti general .....                        ABŞ səfirliyinə hücum - partlayışlar olub .....                        Müctəba Xamenei sağdır, yoxsa ölüb? - Trampdan müəmmalı açıqlama .....                       
11-03-2026, 19:08
Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi


Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi

Martın 11-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Nümayəndə heyəti, həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini də ziyarət edib.
Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə görüşüb, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Brifinq zalında ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlər barədə məlumat verilib.
Ordu generalı Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu və tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib.
Ordu generalı iki ölkə arasındakı münasibətlərin strateji və hərbi tərəfdaşlıq baxımından möhkəm bir təmələ sahib olduğunu söyləyib.
Sonda birgə hərbi təlimlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub.
11-03-2026, 18:43
Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək


Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək

Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə edilir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”ndə nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) qeyd olunan məlumatlarının toplandığı informasiya sistemlərinin (ehtiyatlarının) bələdiyyələrin vahid informasiya sisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasını təmin etsin.
“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”ndə qeyd olunan dövlət orqanları (qurumları) fəaliyyət istiqamətlərinə uyğun olaraq bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.
11-03-2026, 18:36
İranla müharibə tezliklə bitəcək - Tramp


İranla müharibə tezliklə bitəcək - Tramp

İranla müharibə tezliklə bitəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.
Tramp müharibənin özünün istədiyi vaxt bitəcəyini bildirib.
ABŞ Prezidenti qeyd edib ki, İranda “faktiki olaraq hədəf alınacaq bir şey qalmayıb”.
“Bu müharibə əla gedir. Biz cədvəldən xeyli irəlidəyik”, - Tramp qeyd edib.
O, endirilən zərbələrin İrana gözləniləndən daha çox ziyan vurduğunu iddia edib.
11-03-2026, 18:22
Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi


Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, danışıq Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edib, regionda cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.
11-03-2026, 18:15
İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar


İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar

Türkiyədə İYİ Partiyanın sədri Müsavat Dərvişoğlu son günlər regionda baş verən hadisələr fonunda Azərbaycan-Türkiyə münasibətlərinə qarşı aparılan kampaniyalar barədə sərt açıqlama verib.
M.Dərvişoğlu bildirib ki, İran ətrafında baş verən müharibə fonunda Azərbaycanla Türkiyə arasında nifaq salmaq üçün məqsədli və sistemli şəkildə informasiya mühiti formalaşdırılır.
Onun sözlərinə görə, bu cəhdlərin arxasında Türkiyəni ən yaxın müttəfiqindən uzaqlaşdırmaq və Qafqazdakı təsirini zəiflətmək istəyən qüvvələr dayanır.
Dərvişoğlu qeyd edib ki, bu cür oyunları görür və onların arxasında dayanan dairələrin kim olduğunu yaxşı bilirlər.
“Azərbaycanla münasibətlərimiz sadəcə siyasi əlaqə deyil, bu, milli və qardaşlıq bağlarıdır. Eyni zamanda enerji, ticarət və geosiyasi əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır. Bu münasibətlər Türk dünyasına uzanan damar kimidir və hər iki ölkə üçün geosiyasi nəfəs borusu rolunu oynayır”, -deyə o vurğulayıb.
İYİ Partiya lideri bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə Türk dövlətlərinin birliyi daha da möhkəmlənməlidir. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası başda olmaqla bütün Türk dövlətləri bu çətin dövrdə daha sıx əməkdaşlıq etməlidir.
Dərvişoğlu əlavə edib ki, hazırkı dövr təkbaşına hərəkət edənlərin deyil, qardaşları ilə birlikdə gücünü qoruyan dövlətlərin dövrüdür.
11-03-2026, 18:08
Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı


Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı

Orta Dəhlizin inkişafı strateji imkanlar təklif edir. Bakı-Naxçıvan dəmir yolu layihəsinin başa çatdırılması da olduqca vacib bir elementdir. Bu, Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq.
Bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
Antonio Koşta bu layihənin yeni iş yerləri yaradacağını və ölkələrin iqtisadiyyatlarını gücləndirəcəyini vurğulayaraq deyib: “Biz Azərbaycanın firavan və bir-birinə bağlı olan Cənubi Qafqaz ölkələri ilə bağlı baxışını paylaşırıq”.
11-03-2026, 18:05
Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı


Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil müəssisələrində müasir texnologiyaların dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə irimiqyaslı xidmət müqaviləsi bağlayacaq.
Layihədə təhsil infrastrukturuna daxil olan rəqəmsal avadanlıqların texniki vəziyyətinin mütəmadi monitorinqini və yaranan nasazlıqların dərhal aradan qaldırılmasını nəzərdə tutulur.
Ayrılan məbləğ 3.105.078,55 azn-dir.
11-03-2026, 17:57
İran yığması Dünya Çempionatında iştirak etməyəcək


İran yığması Dünya Çempionatında iştirak etməyəcək

İranın idman naziri Ahmad Donyamali çərşənbə günü bildirib ki, ABŞ-nin ölkənin Ali Lideri Əli Xameneinin öldürdüyünü iddia etdikdən sonra İran 2026-cı ildə keçiriləcək "2026 FIFA World Cup"da iştirak etməyəcək.
Bu barədə nazir dövlət televizyasında çıxışı zamanı bildirib.
“Bu korrupsiyalaşmış rejim bizim liderimizi öldürdüyü üçün biz heç bir halda Dünya Çempionatında iştirak etməyəcəyik”, – deyə o, çıxışı zamanı qeyd edib.
Qeyd edək ki, 2026-cı ildə keçiriləcək Dünya Çempionatı üç ölkənin birgə ev sahibliyi ilə təşkil olunacaq. Turnir ABŞ, Kanada və Meksika ərazilərində keçiriləcək. İlk dəfə olaraq oyunda 42 komandanın iştirakı gözlənilir.
11-03-2026, 17:40
İspaniya səfirini geri çağırdı - İsraildən


İspaniya səfirini geri çağırdı - İsraildən

İspaniya hökuməti İsraildəki səfirini geri çağırmaq qərarına gəlib.
Bundan sonra Təl-Əvivdəki İspaniya səfirliyi müvəqqəti işlər vəkili tərəfindən idarə olunacaq.
Xatırladaq ki, ötən həftə Baş nazir Pedro Sançezin rəhbərlik etdiyi solçu hökumət ABŞ-İsrail müharibəsini İrana qarşı təhlükəli və qanunsuz adlandırıb. Madrid həmçinin ABŞ təyyarələrinin İspaniyanın cənubundakı hərbi bazalardan İrana qarşı əməliyyatlar üçün istifadəsini qadağan edib. Bundan sonra-3 martda Tramp Madridə qarşı tammiqyaslı ticarət embarqosu tətbiq etməklə hədələyib.
11-03-2026, 17:20
Antonio Koşta Azərbaycana təşəkkür etdi


Antonio Koşta Azərbaycana təşəkkür etdi

Azərbycan Avropa İttifaqı ölkələrinin vətəndaşlarının İrandan təxliyəsinə əvəzsiz yardım göstərib.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
Antonio Koşta təxliyələrə görə, Azərbaycana təşəkkür edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!